QOÇ - Səhhətinizlə bağlı müəyyən problemləriniz hiss olunmaqdadır. Havalar ürəkaçan olsa, gəzintiyə çıxmağa, qonaq getməyə dəyər. Ağlınız kəsməyən digər dəvətləri isə təxirə salın.
BUĞA - Qəlbən darıxdığınız bir neçə şəxslə rastlaşacağınız gözlənilir. Bu bölümə əsasən qohumluq və dostluq görüşləri şamildir. Öz gücünüzə güvənin. Bu gün uzaq yola çıxmaqdan vaz keçin.
ƏKİZLƏR - Bəri başdan yeni və riskli işlərinizi təxirə salmağa çalışın. Saat 15-ə qədər vaxtınızı adi işlərə həsr edin. Yoxsa xoşagəlməz olaylar baş verəcək. Sonrakı müddətdə aktivləşmək olar.
XƏRÇƏNG - Maliyyə problemlərinizin artmasından narahat olmayın. Çünki bu gündən büdcənizdə kifayət qədər irəliləyiş olacaq. Bugünkü vaxtınızı isə bütünlüklə dua və ibadətə həsr edin.
ŞİR - Qətiyyətsiz hərəkətlərə yol verməyin. Hər hansı riskə getməyin, yeni işlərə başlamayın. Uzaq qohumlarınızla mütləq əlaqə saxlayın. Axşama yaxın təzə xəbər eşidəcəyiniz gözlənilir.
QIZ - İxtiyarınızda olan bu təqvimi daha çox işə həsr etməlisiniz. Yeni layihələr üzərində baş sındırmağa dəyər. Qarşılıqlı müzakirələrdə təşəbbüskarlığı əlinizə alın ki, qalib olasınız.
TƏRƏZİ - Yeni əlaqələrə başlamaq üçün ideal gündür. Müştərək fəaliyyətdə uğurlara yetişmək istəyirsinizsə, vaxt itirməyin. Gün ərzində Ayın bürcünüzdəki neqativ təsirini də yaddan çıxarmayın.
ƏQRƏB - Səhər saatlarından səhhətinizə xüsusi diqqət ayırmalısınız. Buna baxmayaraq, fəaliyyətlə bağlı aktivliyiniz də müşahidə olunacaq. İstənilən qərarınızda ədalətli və obyektiv olun.
OXATAN - Saat 12-dən sonra maraqlı hadisələrlə rastlaşma ehtimalınız var. Axşam qonaqlıqlarda iştirak etmək şansınız da olacaq. Bu gün hansısa falçı və cadugərə müraciət etməyin.
OĞLAQ - Ulduzlar xəbər verir ki, bu günü necə keçirsəniz, qarşıdakı günlərindəki ovqatınız da həmin minvalla ötüşəcək. Unutduğunuz adamlarla əlaqələrinizi dərinləşdirin ki, ruzisiz qalmayasınız.
SUTÖKƏN - Ailə-sevgi münasibətlərində mübahisələriniz gözlənilir. Təmkinli olun, kənar müdaxilələrə aludə olmayın. Tərəf-müqabilinizlə mehriban davranın. Səhhətinizə də fikir verin.
BALIQLAR - Təəssüf ki, bu təqvimi bir qədər problemlə qarşılayacaqsınız. Ələlxüsus da saat 16-ya qədər ayıq-sayıqlığınızı artırmalısınız. Şəxsi problemlərinizi təkbaşına həll edin.