Qax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 5200 kq yabanı halda bitmiş çətənə kolları aşkarlanaraq yandırma yolu ilə məhv edilib.
Qax rayon polis əməkdaşları rayon ərazisində bitən narkotik tərkibli bitkilərin yerini müəyyən edərək məhv edilməsi istiqamətində "Xaşxaş-2013"şərti adı altında əməliyyat tədbiri keçirib.
Nəticədə rayonun Cəlayir kəndi yaxınlığında meşə zolağının boş istifadə olunmayan 4 hektar ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib. Polis əməkdaşları ərazidən ümumi çəkisi 5 ton 200 kq olan, 15300 ədəd narkotik tərkibli bitki olan çətənə kollarını yığaraq yandırma yolu ilə məhv edib.
Qax rayon polis şöbəsindən bildirilib ki,"Xaşxaş-2013"şərti adı altında əməliyyat tədbirləri, 2013-cü ildə artıq 3-cü dəfədir ki, keçirilir. Narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.