Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının 22-ci qurultayına təbrik məktubu ünvanlayıb

Prezident Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının 22-ci qurultayına təbrik məktubu ünvanlayıb


Prezident İlham Əliyev Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının 22-ci qurultayına təbrik məktubu ünvanlayıb.



Gün.Az AzərTAc-a istinadən xəbər verir ki, məktubda deyilir:



"Hörmətli qurultay iştirakçıları!



Sizi növbəti qurultayınızın işə başlaması münasibətilə salamlayır və səmimi qəlbdən təbrik edirəm.



Bugünkü qurultay ölkəmizin regionda dinamik inkişaf edən lider dövlətə çevrildiyi, artıq beynəlxalq səviyyədə müstəqil siyasət aparan və irihəcmli investisiya yatıran, eyni zamanda, ehtiyacı olan ölkələrə öz köməyini əsirgəməyən dövlət kimi tanındığı bir dövrə təsadüf edir. Belə bir dövrdə Azərbaycanda kooperativlər şəbəkəsinin rolu danılmazdır.



Azərbaycanda ilk kooperativ təşkilat XIX əsrin sonlarında təsis edilmişdir. Qısa müddətdə əksər bölgələri əhatə edən kooperativlər vahid ittifaqda birləşmiş, 1920-ci ildən isə "Azərittifaq" adı altında fəaliyyət göstərməyə başlamışdır. Kooperativlər əhalinin mal və xidmətlərə olan tələbatının ödənilməsində, məşğulluğun təmin olunmasında mühüm rol oynamış, ölkə iqtisadiyyatının inkişafına önəmli təsir göstərmişdir.



Kooperasiya özünün ən yüksək inkişaf səviyyəsinə ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə çatmışdır. Respublikamız müstəqillik qazandıqdan sonrakı ən ağır illərdə də kooperativlər ölkə əhalisinin ərzaq və ilkin tələbat malları ilə təchizatını təmin etmişdir.



"Azərittifaq" ən kütləvi təşkilatlardan biri kimi, ətrafında çoxsaylı pay sahiblərini birləşdirərək, öz fəaliyyətini yeni şəraitə uyğunlaşdırmışdır. Bu qurum ictimai iaşə və tədarük müəssisələri vasitəsilə vətəndaşlara müasir çağırışlara cavab verən ticarət və iaşə xidmətləri göstərir, kənd təsərrüfatı məhsullarını tədarük edərək, sənaye müəssisələrinin və əhalinin tələbatının ödənilməsinə yönəldir.



İstehlak kooperasiyası ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır və hesab edirəm ki, kooperativlər bundan sonra da ticarət, tədarük və istehsal sahəsindəki funksiyalarını layiqincə yerinə yetirəcək və kəndin sosial-iqtisadi inkişafına öz dəyərli töhfəsini verəcəkdir.



İnanıram ki, bu qurultayda qəbul edəcəyiniz qərarlar kooperativ təşkilatların əhalinin həyat səviyyəsinin yüksəlməsinə yönələn fəaliyyətini gücləndirəcək, onu müasir dövrün tələblərinə uyğun qurmağa kömək edəcək, bununla da şəhər və kənd arasında əlaqənin daha da möhkəmlənməsinə səbəb olacaqdır.



Qurultayın işinə və fəaliyyətinizə uğurlar arzulayıram!"


Teqlər:
Bu xəbər cəmi 1480 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR