Mədəniyyət və Turizm Nazirliyi Yaponiya şirkəti ilə əməkdaşlıq edib. SİA-nın verdiyi xəbərə görə, “İshii Brothers” şirkəti ilə birgə yapon jurnalistləri tərəfindən Azərbaycan turizm imkanlarına həsr olunmuş bir saatlıq televiziya proqramı hazırlanıb. Onu da nəzərinizə çatdıraq ki, sözügedən proqram avqust ayında “Sky Perfect TV” kanalında nümayiş olunub.
Qeyd edək ki, sözügedən proqram sentyabr ayı ərzində ən məhşur telekanallardan biri olan “Niconiko Doga”da və internet televiziyalarında da yayımlanacaq. “İshii Brothers” şirkəti ilə əməkdaşlığın davamı olaraq, yapon dilində Azərbaycana dair bələdçi kitabının hazırlanması işlərinə də başlanılıb.