Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda keçirilən ali toplantıda Finlandiya və İsveç modelinin Qarabağa şamil edilməsi müzakirə olunub

Bakıda keçirilən ali toplantıda Finlandiya və İsveç modelinin Qarabağa şamil edilməsi müzakirə olunub


Bakıda keçirilən “Ali Səviyyədə Görüş” adlı forum çərçivəsindəki qapalı görüşlərdə münaqişələr, o cümlədən Dağlıq Qarbağ məsələsi müzakirə olundu.



Biz münaqişələrin həllinin axtarılmasında daha yaxından iştirak etmək və hansı töhfəni verə biləcəyimiz ətrafında fikir mübadiləsi apardıq.



Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov forumun yekunlarına dair keçirilən mətbuat konfransında deyib.



O bildirib ki, gələn il Bakıda “Birgə Cəmiyətlər Forumu 2014” keçiriləcək və bu tədbirdə ona hazırlıq, dini azlıqlar, qadınların cəmiyyətdə aktivliyinin artırılması və digər aktual məsələlər də müzakirə olunub.



Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga bildirib ki, iki gün ərzində Bakıda gərgin və maraqlı müzakirələr olub. Gələn il keçiriləcək forumun proqramını hazırlamışıq və proqram komitəsini yaratmışıq.



Niderlandın sabiq baş naziri, Madrid Klubunun prezidenti Vim Kok isə deyib ki, bir neçə gün ərzində əhəmiyətli görüşlər və xoş vaxt keçiriblər. Azərbaycan Prezidenti bilirəm ki, öz dəstəyini bu toplantıya verir. Bakıda münaqişələrin həlli və qarşısının alınması müzakirə olundu, inanırıq ki, 2014 cü ildə müzakirə etdiyimiz məsələlər gündəmdə olacaq.



O deyib ki, Madrid Klubu bundan sonra da bu istiqamətdə səylərini davam etdirəcək və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını genişləndirəcək.



Misirin İsgəndəriyyə kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin isə bildirib ki, prezidentin dəstəyi və təşəbbüsü olmasaydı bu tədbirləri həyata keçirmək mümkün olmazdı. Bu tədbirlər Azərnaycanın dünyada artan rolunu bir daha təsdiq edəcək və Nizami Gəncəvinin əsərlərinin daha geniş yayılmasına şərait yaradacaq. Müştərək Cəmiyətlər forumunda geniş müzakirə olunacaq məsələlər həm Azərbaycan, həm də Cənubi Qafqaz üçün önəmli olacaq.



Bu kimi tədbirlərin və birgə əməkdaşlığın münaqişələrin həllinə hansı töhfəni verə biləcəyinə dair suala cavab olaraq N.İbrahimov deyib ki, müzakirələr zamanı maraqlı fikirlər səsləndi.



“Dünyanın əksər ölkələrində belə münaqişələr var. İsveç və Finlandiya mübahisəli ada ilə bağlı model tapıblar və onun Qarabağa şamil edilməsi müzakirə olundu. Azərbaycanın Qarabağa vermək istədiyi status bəlidir. Ermənilər bundan artıq nə istəyə bilər.  



Azərbaycanda açıq cəmiyyət,  tolerantlıq məsələləri müzakirə olunmaqla dünyaya  bəyan edirik ki,  erməni əhali bizimlə birgə yaşaya bilər. Azərbaycanda bu məsələlər  xalq, ictimaiyyət tərəfindən qəbul olunir. Gələcəkdə münaqişə həll edildikdən sonra Bakının və Qarabağın erməni əhalisi tam arxayın ola bilər ki, onlar bizim tam bərabərhüquqlu vətəndaşlarımız olaraq birgə yaşaya bilərlər”.



Qeyd edək ki, bu forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşəbbüsü ilə İsgəndəriyyə Kitabxanası, Roma Klubu, Dünya Elm və Mədəniyyət Akademiyası, Xarici Əlaqələr Şurası, Beynəlxalq Əməkdaşlıq və Dialoq Mərkəzi, Sülh və Mədəniyyət Fondu, Qlobal Etiks təşkilatı rəhbərlərinin iştirakı ilə keçirilib.


Teqlər:
Bu xəbər cəmi 1595 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR