Əhalinin işlə təminatını təşkil etmək məqsədi ilə Zaqatala rayonunda təşkil edilən əmək yarmarkasında iş axtaran və işsiz vətəndaşlardan 107 nəfəri müvafiq işlərlə təmin edilib.
Rayon Mədəniyyət Evində təşkil edilən növbəti əmək yarmarkasında 40-a yaxın idarə, müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən təqdim edilən 312 boş iş yeri iş axtaran və işsiz vətəndaşlara təqdim olunub.
Bu iş yerlərindən 60 faizi özəl sektorun, 40 faizi isə dövlət müəssisələrinin payına düşüb. Ötən illərdə olduğu kimi, bu il də əmək yarmarkasında gənclər daha aktiv iştirak edib.
Yarmarkada ümumilikdə 107 iş axtaran və işsiz vətəndaşa işə göndəriş vərəqəsi verilib. Daha 16 nəfərin peşə hazırlığı kurslarına, 10 nəfərin isə ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub.