Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

“Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət gücləndiriləcək”

“Dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarət gücləndiriləcək”
“Açıq hökumətin təşviqi” Koalisiyası Şirvanşəhərində və Hacıqabul rayonunda ictimai dinləmə keçirib

“Konstitusiya” Araşdırmalar Fondu, “Hüquq və İnkişaf” İB, “Prioritet” Sosial İqtisadi Araşdırmalar İB, “Demokratiyanı Öyrənmə” İB, “Azərbaycanda yoxsulluğun azaldılmasına kömək” İB-ni birləşdirən  “Açıq hökumətin təşviqi”  Koalisiyası Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Açıq hökumətin təşviqi ilə bağlı maarifləndirmə, məlumatlandırma tədbirlərinin həyata keçirilməsi” layihəsi çərçivəsində 2 sentyabr 2013-cü il tarixdə Şəmkir və Hacıqabul rayonlarında “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda ictimai dinləmə keçirib.


İctimai dinləmələrdə yerli icra hakimiyyətinin rəsmiləri,  ictimai fəallar, yerli QHT və KİV nümayəndələri, bələdiyyə üzvləri iştirak ediblər. İctimai dinləməyə 200 nəfərdən çox iştirakçı qatılıb.


Şirvan şəhərində keçirilən tədbiri Şirvan rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə baş məsləhətçisi Adəm Hüseynov, Hacıqabul rayonunda keçirilən tədbiri isə Hacıqabul rayon İcra Hakimiyyətinin Başçısının müavini İlqar Talıbov açılış nitqi ilə açıb. Çıxışlarda regionlarda şəffaflığın təmin edilməsi, vətəndaşların informasiyaya çıxışı imkanlarının genişləndirilməsi, dövlət büdcəsinin vəsaitlərindən istifadəyə ictimai nəzarətin artırılması istiqamətində atılan addımlar, davamlı təşəbbüslər haqqında məlumat verilib.


Tədbirlərdə “Konstitusiya”  Araşdırmalar Fondunun prezidenti, layihə rəhbəri  Əliməmməd Nriyev    “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı çərçivəsində həyata keçirilən tədbirlər: nəticələr və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. Ə.Nuriyev qeyd edib ki, , hökumət vətəndaşlara, ümumilikdə cəmiyyətə açıq olmalıdır. Bu istiqamətdə tədbirlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı təsdiq edilib. 


Ə.Nuriyev bildirib ki, Milli Fəaliyyət Planın icrası dövlət orqanlarının fəaliyyətinə ictimai nəzarətin gücləndirilməsi, vətəndaşların məlumat almaq imkanlarının genişləndirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin yüksəldilməsi istiqamətində yeni imkanlar açacaq.


Bu planın icrası nəticəsində  dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılmasında çox əhəmiyyətli nəticələr əldə ediləcəkdir. Azərbaycan hökumətinin son illər bu istiqamətlərdə uğurlar addımalr atdığını vurğulayıb: “ 2010-cu ildə ölkədə ikinci “Elektron Azərbaycan” dövlət proqramı qəbul edilmişdir. 2011-ci il mayın 23-də “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanı imzalanmışdır. Fərmana  əsasən, dövlət orqanları öz fəaliyyət istiqamətlərinə uyğun olaraq bütün sahələrdə elektron xidmətlər təşkil etmişlər. Elektron xidmətlərin “bir pəncərə” prinsipi əsasında təşkilinin təmin edilməsi məqsədi ilə www.e-gov.az vahid elektron hökumət portalı yaradılmışdır.


2008-ci ildən etibarən sahibkarlıq subyektlərinin qeydiyyatı “bir pəncərə” prinsipinə uyğun həyata keçirilir. Bunun nəticəsində kommersiya hüquqi şəxslərin qeydiyyat (biznesə başlama)prosedurlarının sayı 13-dən 3-dək, müddəti isə 53 gündən 3 günədək, təqdim edilməli olan sənədlərin sayı 5 dəfədən çox azaldılmışdır. Biznesə başlama sahəsində islahatlara görə Azərbaycan Respublikası Dünya Bankının “Doing Business-2009” hesabatında ən islahatçı dövlət kimi göstərilmişdir. 2011-ci il iyunun 1-dən etibarən fiziki şəxslərin, 2012-ci ilin fevral ayından etibarən hüquqi şəxslərin elektron qaydada qeydiyyatına başlanılmışdır. Həmçinin 2008-ci ildən dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında, 2009-cu ildən miqrasiya proseslərinin idarə olunmasında, 2011-ci ildən idxal edilən nəqliyyat vasitələrinin rəsmiləşdirilməsində “bir pəncərə” prinsipi tətbiq edilir.


Dövlət orqanları tərəfindən əhaliyə bütün xidmətlərin vahid məkandan, daha keyfiyyətli və rahat həyata keçirilməsi məqsədi ilə 2012-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi təsis edilmişdir və bu qurumun nəzdində “ASAN” xidmət mərkəzləri çox uğurla fəaliyyət göstərərir. Artıq bu sahədə Azərbaycan nümunəsi digər ölkələr tərəfindən öyrənilməyə başlayıb”.


Tədbirdə “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İB-nin rəhbəri Əhməd Abbasbəyli də iştirakl edərək çıxışlarla bağlı öz fikirlərini səsləndirib.


Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb. İştirakçıların sualları cavablandırılıb. 

Teqlər:
Bu xəbər cəmi 1350 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR