Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident seçkilərində Bakıda səsvermək istəyənlərin - Nəzərinə

Prezident seçkilərində Bakıda səsvermək istəyənlərin -  Nəzərinə
Oktyabrın 9-da Azərbaycanda prezident seçkiləri keçirilcək. Seçiciləri isə ən çox narahat edən səsvermə günü qeydiyyatda olduqları rayonlarda deyil, Bakıda olmalarıdır.

Hər bir seçici qeydiyyatda olunduğu rayondakı seçki dairəsindən  aldığı qeydiyyatdan çıxma vəsiqəsi əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər.


 


Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin verilməsi qaydası haqqında təlimatlar isə belədir:


 


1.Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra – səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komisiyası tərəfindən səsvermə gününə azı 60 gün qalmış təsdiq edilir. Səsvermə vəsiqələri Seçki Məcəlləsinin 99.2-99.5-ci maddələrində göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından aşağı seçki komissiyasına Seçki Məcəlləsinin 99.6-ci maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verilir. Səsvermə vəsiqələrin verilməsi və saxlanması üçün müvafiq seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar. 


 


1.1. Səsvermə vəsiqəsini alan seçici həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilər.


1.2. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrini aldıqdan sonra səsvermə gününə ən azı 50 gün qalmış müvafiq dairə seçki komissiyasının sədr və katiblərinin iştirakı ilə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib dairə seçki komissiyasının sədrinə verir. Həmin akt Mərkəzi Seçki Komissiyasının möhürü ilə möhürlənir.


1.3. Dairə seçki komissiyası tərəfindən müvafiq məntəqə seçki komissiyalarına, səsvermə gününə ən azı 30 gün qalmış məntəqə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin sayını və verilmə tarixini göstərməklə akt tərtib edilməklə məntəqə seçki komissiyasının sədrinə verilir. Həmin akt sədr və katiblər tərəfindən imzalanmağla dairə seçki komissiyasının möhürü ilə möhürlənir. 


 


2. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi və saxlanması üçün dairə və məntəqə seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.






2.1. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq olunmuş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Seçicinin ərizəsində seçki günü həmin məntəqəyə gələ bilməyəcəyi səbəblərini göstərməlidir. 


2.2. Seçicinin ərizəsi daxil olduğu gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edib, həmin seçicinin əvvəl səsvermə vəsiqəsinin alıb-almamasını müəyyənləşdirməlidir. Çünki bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi Azərbaycan Respublikasının Seçki Məcəlləsinin müddəaları ilə qadağan olunur.


2.3. Dairə seçki komissiyası səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin verilməsi haqqında reyestr tərtib etməlidir. Göstərilən reyestrdə seçicinin soyadı, adı, atasının adı, doğum tarixi, yaşadığı yerin ünvanı göstərilməlidir. Dairə seçki komissiyası səsvermə gününə 25 gün qalmış, seçici siyahıları ilə birlikdə həmin reyestrdən təsdiq edilmiş çıxarışları məntəqə seçki komissiyalarına göndərir. Hər bir məntəqə seçki komissiyası həmin çıxarışlara əsasən seçicilər siyahısında müvafiq qeydlər aparmalıdır.


2.4. Əgər seçici və ya onun vəkalətnamə ilə təsdiq edilmiş nümayəndəsi səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsini dairə seçki komissiyasından alarsa, reyestrdə öz şəxsiyyət vəsiqəsinin, və ya onu əvəz edən sənədin seriya və nömrəsini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə əlavə edilir. Dairə seçki komissiyası tərəfindən seçiciyə verilən səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi həmin dairənin möhürü ilə təsdiqlənməlidir və onun üzərində dairə seçki komissiyasının üzvünün imzası olmalıdır.


2.5. Seçici və ya onun vəkalətli nümayəndəsi səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsini məntəqə seçki komissiyasından aldıqda, öz şəxsiyyət vəstiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsini göstərməklə seçicilər siyahısında imza atır. Bu halda səsvermə vəsiqəsinin kəsilən küncü seçicilər siyahısına əlavə edilir.


 


3. Bunun əsasında seçici, qeydə alınmış seçicilərin hesablanması zamanı nəzərə alınmır və müvafiq protokola daxil edilmir. Məntəqə seçki komissiyası tərəfindən seçiciyə verilən səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi həmin məntəqənin möhürü ilə təsdiq edilməli və üzərində məntəqə seçki komissiyasının bir üzvünün imzası olmalıdır.






3.1. Müvafiq məntəqə seçki komissiyası seçicilərə verilmiş səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri haqqında məlumatı müvafiq dairə seçki komissiyasına verir, müvafiq dairə seçki komissiyası öz növbəsində 2 gündən bir həmin məlumatları Mərkəzi Seçki Komissiyasına çatdırır.


 


Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin "Bizim hüquq: imkan və çərçivələr" layihəsi üçün hazırlanıb.

Teqlər:
Bu xəbər cəmi 2465 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR