Yeni ipoteka strategiyası artıq hazırdır və bu günlərdə hökumətə təqdim ediləcək.
Bu barədə Mərkəzi bankın sədri Elman Rüstəmov deyib.
“İlk növbədə sosial ipotekada əsas məsələ, faiz dərəcəsindən, ilkin ödənişdən də önəmli əsas məsələ mənzillərin qiyməti və təmiridir. Biz beynəlxalq təcrübələrə əsaslanaraq dövlətin komfortlu və ucuz mənzillər, ekonom klass mənzillərin tikintisini genişləndirməsini və bunu da sosial ipoteka ilə əlaqələdirməyi təklif edirik”.
E.Rüstəmov bildirib ki, həmçinin yeni strategiya çərçivəsində əsas məsələ əhalinin yığımları ilə ipotekaya avtomatik çıxış imkanlarının təmin olunması və bunu da dövlətin ekonom klass məzil tikintisi ilə əlaqələndirməkdir.