Zaqatalada ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində bir sıra işlər həyata keçirilib, yeni məktəblər inşa olunub.
Rayon Təhsil Şöbəsindən verilən məlumata əsasən, son bir ildə rayonun Muxax, Sabunçu, Zəyəm və Bazar kəndlərində yeni məktəb binaları, habelə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Zaqatala şəhərində 120 yerlik körpələr evi-uşaq bağçasının və Bəhmətli kəndində 600 şagird yerlik yeni məktəb binası tikilib istifadəyə verilib.
Diqqətə çatdırılıb ki, 2012-ci ilin mayında baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşmüş məktəblər üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən 22 yeni məktəb binasının tikintisinə başlanılıb. Onlardan 12-si artıq istifadəyə verilib.
Qalan məktəb binalarının da sentyabrın 15-dək istifadəyə verilməsi nəzərdə tutulur.