Bu haqda lent.az -a mərkəzi arenanın direktoru Akif İsmayılov məlumat verib.
Onun sözlərinə görə, meydanın 70 faizədək hissəsinə yeni örtük döşənib, qalan bölümünə isə toxum səpilib. İsmayılov yaxın 10 gün ərzində meydanın oyun keçirmək üçün hazır vəziyyətdə olacağını açıqlayıb. Direktor bildirib ki, “Qarabağ” komandası sentyabrın 21-də Topaz Premyer Liqasının VII tur matçında “Simurq”u məhz bu arenada qəbul edə biləcək.