Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Qaxda ağır yol qəzası; 5 yaralı

Qaxda ağır yol qəzası; 5 yaralı


Qaxda baş verən yol qəzasında beş nəfər xəsarət alıb.



APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, beş nəfərin yaralanması ilə nəticələnən yol qəzası Qax-Şəki magistiral yolunun 3-cü kilometrliyində, Qax rayonu ərazisində baş verib.



Qax rayonu Qıpçaq kənd sakini, 1993-cü il təvəllüdlü Nəbili Orxan İlqar oğlunun idarə etdiyi VAZ 21099 markalı, 10 BL 049 dövlət nişan nömrəli avtomobil Qax şəhəri istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən Şəki rayon sakini, 1963-cü il təvəllüdlü Nəbiyev Cəfər Əsəbəli oğlunun idarə etdiyi “Mitsubishi Pajero” markalı, 10 TO 355 dövlət nişan nömrəli avtomobillə toqquşub.



Qəza nəticəsində VAZ 21 099 markalı avtomobilin sürücüsü Orxan Nəbili, sərnişinlər - Qax rayonu Qıpçaq kənd sakinləri 1992-ci il təvəllüdlü Nəbili Nəbi Cuma oğlu, 1993-cü il təvəllüdlü Cumayev Hidayət Sahib oğlu, 1992-ci il təvəllüdlü İbrahimli Əfqan Nəsrullah oğlu və “Mitsibushi Pajero” markalı avtomobilin sürücüsü Cəfər Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onların hamısı Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.



Qax MRX-dan APA-ya verilən məlumata görə, Şəki rayon sakini Cəfər Nəbiyevin xəsarəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra ambulator müalicə almaq üçün evə buraxılıb. Nəbi Nəbili, Orxan Nəbili, Hidayət Cumayev və Əfqan İbrahimli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.



Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır. Qeyd edək ki, qəza nəticəsində xəsarət alan Qax rayonu Qıpçaq kənd sakinləri Qax şəhərindəki şadlıq evlərindən birində keçirilən toy mərasiminə gedirlərmiş.


Teqlər:
Bu xəbər cəmi 1440 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR