QOÇ – Kifayət qədər yorucu gündür. Əgər reallıq imkan versə, bütün vaxtınızı evdə və ya təbiət qoynunda keçirin. Qida və yuxu rejiminizə fikir verin. Ağır fiziki işlərdən uzaq olun.
BUĞA - Əsəblərinizi cilovlaya bilsəniz, heç bir qanqaraçılığı olmayacaq. Qərar çıxarmamışdan əvvəl yaxşıca götür-qoy edin. Uzaqda yaşayan qohumlarınızla əlaqə saxlayın.
ƏKİZLƏR - Ümumi çalarlarına görə uğursuz gündür. Ətrafınızda olanlar əsəblərinizi tarıma çəkə bilər. Odur ki, hər bir situasiyada öz mövqeyinizi qabartmamalı, emosiyalara uymamalısınız.
XƏRÇƏNG – Ehtiyatlı olun, aldanma ehtimalınız var. Etibar etdiyiniz adamlar tərəfindən hiyləgərliyə tuş gələ bilərsiniz. Yaxşı olar ki, mühüm planlarınız haqda kiməsə məlumat verməyəsiniz.
ŞİR - Axşam saatlarına qədər Ay bürcünüzdə qərar tutduğundan müəyyən gərginlik müşahidə oluna bilər. İlk növbədə səhhətinizə fikir verin. İşgüzar sövdələşmələrdə iştirakınız isə olduqca vacibdir.
QIZ - Sağlıq durumunuza xüsusi diqqət yetirin. Əks təqdirdə həkimə müraciət etməli olacaqsınız. Özünüzü stressli vəziyyətdən qoruyun. Tənhalığa qapılmaqdansa, dostlarınızla bir arada olun.
TƏRƏZİ - Göy qübbəsi uğurlardan vəd verir. Sadəcə, siz də özünüzü bu vəziyyətə hazırlamalısınız. Ailə-sevgi münasibətlərində xoş ovqat qazanacaqsınız. Pulsuzluğa görə narahat olmayın.
ƏQRƏB - Hər mənada düşərli gündür. İstər fəaliyyətdə, istərsə də qarşılıqlı münasibətlərdə bəxtiniz gətirə bilər. Günün ikinci yarısında normal qazanmaq ehtimalınız da var.
OXATAN – Astroloji göstəricilərə görə, maddi durumunuzda müəyyən irəliləyişlər mümkündür. Bununla yanaşı gözləmədiyiniz istiqamətdən sizə qarşı təxribat da ola bilər. Tədbirli olun.
OĞLAQ - Özünüreklam prinsiplərindən uzaq olun. Çünki indi belə adamlara müsbət nəzərlərlə baxmırlar. Qarşı tərəfin ədalətli fikirləri ilə razılaşın. Hər hansı mübahisəyə isə lüzum yoxdur.
SUTÖKƏN - Fəaliyyətlə bağlı xoşagəlməzliklər görünür. Bu amili nəzərə alıb ciddi işlərin həllini təxirə salın. Sevgi və digər münasibətlərdə isə vəziyyət xeyrinizədir. Uzaq yola çıxmaq olar.
BALIQLAR - Əyləncə və gəzintilərə çox da aludə olmayın. Bu gün işgüzarlığınızı artırmalısınız. Yeni planlarınızı həyata keçirmək üçün bəzi nüfuzlu şəxslərlə görüşməyiniz vacibdir. Çağırışlara gecikməyin.