Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Biometrik pasportların vətəndaşlara təqdim olunmasına start verilib

Biometrik pasportların vətəndaşlara təqdim olunmasına start verilib
Sentyabrın 3-də Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Bakı Regional Mərkəzinin yeni tikilmiş inzibati binasında biometrik pasportların istehsalına və vətəndaşlara təqdim olunmasına start verilib.


Tədbirdə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.



Şəxsiyyəti təsdiq edən yeni nəsil biometrik sənədlərin tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübənin yaxından öyrənilməsi və mənimsənilməsi məqsədilə Baş İdarənin əməkdaşları Kanada, Almaniya, İsveçrə, Estoniya, Xorvatiya və digər ölkələrə ezam olunaraq müxtəlif kurs, seminar və treninqlərdə iştirak ediblər.



Yeni nəsil pasportların istehsalı üçün İsveçrənin "Trüb AG" şirkəti ilə imzalanmış müqavilənin şərtlərinə uyğun olaraq, müvafiq texniki avadanlığın və proqram təminatının Azərbaycana gətirilməsi və quraşdırılması, pasport blanklarının hazırlanması təmin olunub. Eyni zamanda, biometrik ümumvətəndaş pasportlarının istehsalı sahəsində xidmət aparacaq əməkdaşlarla xüsusi treninqlər keçirilib.



Regional Mərkəzin 3 mərtəbəli yeni inzibati binasının birinci mərtəbəsində elektron növbələri tənzimləyəcək müvafiq köşklər quraşdırılıb. Burada vətəndaşlara müxtəlif xidmətlər göstərilməsi üçün lazımi şərait yaradılıb, onların kommunal xərcləri, bank kreditlərini, cərimələri, mobil və ev telefonu borclarını, kabel televiziyası və internet ödəmələrini, aviabiletlərin sifarişini və onlarca digər əməliyyatları həyata keçirmələri üçün "Pay Point" qurğusu, bankomat yerləşdirilib, eyni zamanda, təcili tibbi yardım məntəqəsi və internet-kafe də istifadəyə verilib.



Zalda eyni vaxtda 24 vətəndaşdan sənədlərin qəbulu, həmçinin 24 nəfərin öz növbəsini gözləməsi nəzərdə tutulur. Gün ərzində orta hesabla 700-dən artıq şəxsin sənədlərini qəbul etmək mümkün olacaq.



Qəbul salonunda fotoşəkillərin çəkilməsi üçün biometrik fotokabinalar, əl-barmaq izlərinin alınması üçün müasir daktiloskopik avadanlıqlar, məlumatların dərhal bazaya ötürülməsi, həmçinin xüsusi yoxlamaların keçirilməsi üçün müvafiq proqram təminatı ilə təchiz edilmiş kompüterlər və digər texniki vasitələr yerləşdirilib.



Pasportların hazırlanması və vətəndaşlara təqdim edilməsi inzibati binanın 2-ci mərtəbəsində həyata keçirilir. Burada da vətəndaşların rahatlığı nəzərə alınıb, onlar üçün hər cür şərait yaradılıb, qanunvericiliyin tələblərinə uyğun olaraq aldıqları pasportların elektron daşıyıcılarında (çiplərdə) özləri haqqında olan məlumatları yoxlaya bilmələri üçün xüsusi köşklər də quraşdırılıb.



Ödədikləri dövlət rüsumunun məbləğindən asılı olaraq vətəndaşlar on, beş və ya bir iş günü ərzində pasportlarla təmin olunacaqlar.



O da qeyd olunmalıdır ki, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində respublika üzrə fəaliyyət göstərən daha 8 regional mərkəzin (Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Quba, Göyçay, Bərdə, Şirvan) yeni inzibati binalarının inşası da başa çatdırılıb, "Giriş-çıxış və qeydiyyat" İdarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin təkmilləşdirilməsi, operativ rabitənin yaradılması və digər zəruri texniki təminat məsələləri öz həllini tapıb.



Daxili işlər naziri, general-polkovnik Ramil Usubov 10 vətəndaşa yeni biometrik pasportları təqdim edib.



Biometrik pasportların ilk sahibləri görülən işləri yüksək qiymətləndirərək yeni mərkəzdə yaradılmış şəraitə, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Teqlər:
Bu xəbər cəmi 1010 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR