Bunu İctimai Televiziya və Radio Yayımları Şirkətinin prezidenti Cəmil Quliyev Anar Yusifoğlunun işdən getməsi barədə Publika.Az-a danışarkən bildirib.
C.Quliyev həmçinin televiziyaya rəhbər təyin olunandan sonra İTV-dən gedən işçilərlə bağlı da açıqlama verib.
“Heç kəs heç kəsi İTV-dən kənarlaşdırmayıb. Kim işdən gedibsə, öz ərizəsi əsasında gedib. O ərizələrin hamısı məndədir. İnsanları zorla tutub saxlaya bilmərik ki... Kim mənimlə işləmək istəmirsə, işləmir və özünə başqa iş yeri tapır”.
O ki qaldı, həmin işçilərin İTV rəhbərliyi tərəfindən işdən kənarlaşdırılması ilə bağlı mətbuatda yayılan söz-söhbətə, C.Quliyev bunun əsassız olduğunu bildirdi:
“Hər zaman belə insanlar olub və olacaq. Bunlar ara qarışdırmağı xoşlayırlar. Biz işimizi görürük və gələcəyə baxırıq. Həmin şəxslər nə danışıqlar, danışsınlar, özləri bilər. Bizi onların sözləri yox, gördüymüz işlər maraqlandırır”.