Bu barədə Modern.az saytına İTV-dəki mənbədən məlumat daxil olub.
Bildirilib ki, Anar Yusifoğlu Cəmil Quliyevin müvafiq əmri ilə tutduğu vəzifədən azad edilib.
Məsələ ilə bağlı jurnalistin özü ilə əlaqə saxlamağa çalışsaq da, o telefonlara cavab verməyib.
Qeyd edək ki, Anar Yusifoğlu İTV-dəki fəaliyyətinədək “ANS” Müstəqil Teleradio Yayımları Şirkəti, “525-ci qəzet”, “Sara” Teleradio Şirkəti, “Qanun” jurnalında çalışıb.
A.Yusifoğlu bu gün İctimai Televiziya və Radio Yayımları (İTV) Şirkətində işdən çıxarılan 3-cü şəxs olub. Belə ki, İTV sədrinin ictimai-siyasi məsələlər üzrə direktor müavini Oqtay Bayramov və Xəbərlər Departamentinin direktoru İlham Sərxanlı da bu gün vəzifəsindən azad olunub.