Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Aeroport yolunda ölən metropoliten işçisi ilə bağlı yeni ŞOK MƏLUMAT

Aeroport yolunda ölən metropoliten işçisi ilə bağlı yeni ŞOK MƏLUMAT
Bakı Metropolitenin xanım əməkdaşının ölümü ilə bağlı qaranlıq məqamlar üzə çıxıb.


Avqustun 30-da aeroport yolunda Günay Məmmədovanın ölümü heç də mətbuatda yazılanlar kimi deyil.



Mediada yazılanlara görə, Günay Məmmədova hadisə baş verən gün nişanlısı Rabil Rzayevlə hansısa söhbət üçün evdən çıxıblar və təxminən bir saat sonra bədbəxt hadisə baş verib. Hadisədən sonra isə Günayın nişanlısı yoxa çıxıb.



Hüquq mühafizə orqanlarından verilən məlumata əsasən, G.Məmmədova əvvəllər ailəli olub. Toyundan bir neçə ay sonra ayrılaraq ata evinə qayıdıb. Sonralar isə, Bakı metrosunun “Gənclik” stansiyasında işlədiyi vaxt polis əməkdaşı Rabil Rzayevlə münasibət qurub. Rabil bir neçə ay əvvəl Günayla şərt kəsərək nişanlanıb. Şərt isə ondan ibarət olub ki, Günayın əvvəllər ailəli olması ikisinin araslında sirr olaraq qalacaq. Yəni Railin ailəsi bundan xəbər tutmamalıdır. Lakin hadisədən əvvəl Rabil Günay haqda dostuna danışıb. Həmin dostu isə Günayın əvvəllər ailəli olması barədə Rabilin ailəsinə məlumat verib. Bundan sonra isə Rabil və Günay arasında münaqişə yaranıb.



Hadisə baş verən gün Günay nişanlısı ilə məhz bu söhbəti aydınlaşdırmağa gedibmiş. Rabil görüş zamanı Günaya aralarındakı sirrin artıq məlum olduğunu, dostunun valideynlərinə onun əvvələr evli olması xəbərini çatdırdığını deyib. Bu isə baş vermiş faciəyə zəmin yaradıb.



G.Məmmədovanın Rabilin maşınından özünü atması ilə bağlı söhbətlər gəzsə də, onu vuran "BMW X5"-in sürücüsü Təhmin Vəliyev ilkin ifadəsi bu faktı təkzib edir.



Sürücü deyib ki, yolda gedərkən G.Məmmədova kənarda dayanıbmış, qəflətən özünü maşının altına atıb.



Hadisə baş verən gündən isə R.Rzayevin yoxa çıxması və Günayın mobil telefonunun da onun maşınında qalması istintaqda şübhələr yaradıb.



İşin istintaqını aparan müstəntiq Cəmşid Əliyev bildirib ki, hazırda Rabil Əliyevi tapıb ifadəsini almaq mümkün olmayıb. O, telefonunu söndürərək üzə çıxmır. Müstəntiqin sözlərinə görə, hadisə ilə bağlı fərziyyələr R.Rzayevin ifadəsindən sonra aydınlaşacaq.



Bakı Metropoliteni Polis Şöbəsindən verilən məlumata görə, R.Rzayev bir neçə gündür işə çıxmır. (Milli.az)


Teqlər:
Bu xəbər cəmi 5360 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR