Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Azərbaycanla bağlı sərt - Hesabat

Azərbaycanla bağlı sərt -  Hesabat
Human Rights Watch təşkilatının açıqladığı hesabatda bildirilir ki, Azərbaycan hökuməti ölkədə müxalifləri susdurmaq üçün məqsədli şəkildə pis niyyətli bir siyasət yürüdür. Hökumətin apardığı bu siyasət ölkədə siyasi müxalifətin fəaliyyətini məhdurdlaşdırmağa, hökumətin fəaliyyətini tənqid edənləri susdurmağa və qeyri-hökumət təşkilatları üzərində nəzarəti daha da gücləndirməyə yönəlib. Ölkədə sərbəst toplaşma, ifadə və birləşmə azadlıqları hüquqlarının boğulması 9 Oktyabr 2013-cü ildə keçiriləcək prezident seçkiləri öncəsi daha intensiv xarakter alıb.


Human Rights Watch təşkilatının “Azərbaycanda Vintlərin Bərkidilməsi Dövrü: Vətəndaş Cəmiyyətinə və Müxaliflərə Qarşı Hücümlar” adlı 100 səhifəlik hesabatında qeyd olunur ki, son 18 ayda sərbəst toplaşma, ifadə və birləşmə azadlıqları sahəsində durum kəskin şəkildə ağırlaşıb.



Hökumət bu dövr ərzində qondarma ittihamlar irəli sürərək  siyasi fəalları həbs etmiş, tənqidçi jurnalistləri həbsə atmış, dinc etiraz aksiyalarını dağıtmış və fundamental azadlıqları məhdudlaşdıran  qanunlar qəbul etmişdir. Human Rights Watch-un apardığı araşdırmalar göstərir ki, ölkədə həbs olunanların sırasına müxalifət partiyalarının yüksək ranqlı üzvləri, sosial mediada tez-tez bloqlar yazan və izləyicisi olan hökumət tənqidçiləri və siyasi etiraz akisiyalarına mütəmadi olaraq qoşulan fəal insanlar daxildir. 



“Canlı ictimai müzakirələr və dinc aksiyalarda iştirak etmək azad və ədalətli seçkilərin başlıca şərtlərindəndir”, deyə hesabatın müəllifi və təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı  Giorgi Gogia bildirib. “Hökuməti tənqid edən və ölkədəki vəziyyət haqda məlumatlar paylaşan çoxlu sayda insanın həbsdə olması və ya susdurulmaq üçün təzyiqlərə məruz qalması ölkədə azad və ədalətli seçkilərin keçirilməsini demək olar ki, mümkünsüz edir.”



Azərbaycan hökuməti əsassız olaraq və siyasi motivlərlə həbs edilmiş jurnalistlərin, siyasi fəalların,  hüquq müdafiəçilərinin və digər vətəndaş cəmiyyəti fəallarının azad edilməsini təmin etməlidir. Human Rights Watch bildirir ki, hökumət onu tənqid edənlərə qarşı qondarma və şübhəli ittihamlardan istifadə etmək hallarına son qoymalıdır. 



Tədqiqat dövründə 100-dən çox müsahibə almaqla ərsəyə gələn bu hesabat 2012-ci ilin fevralından 2013-cü avqustuna qədərki dövrdə ölkədə həbs olunan, saxlanılan, məhkum olunan və zorakılığa məruz qalan 39 müxtəlif şəxsin işindən bəhs edilir. Azərbaycan hökuməti uzun illərdən bəridir ki, ölkədə insan hüquqlarını ciddi şəkildə pozur, lakin son illərdə ölkədə çoxsaylı həbslərin baş verməsi, sərt qanunların qəbul edilməsi və dinc etiraz aksiyalarına icazə verilməməsi və qarşısının alınması üçün göstərilən geniş çabalar aydın şəkildə göstərir ki, ölkədə ictimai və siyasi fəallığı məhdudlaşdırmaq istiqamətində hökumət yeni ciddi səylər göstərir.



Siyasi fəaliyyətlə məşğul olan gənclər hökumətin xüsusi hədəfinə çevrilib. Məsələn, 2013-cü ilin mart və aprel aylarında hökumət NİDA gənclər hərəkatının 7 üzvünü həbs etmişdir. Həbs edilən bu gənclərin hamısı Facebook and Twitter sosial şəbəkələrinin fəal istifadəçisi olaraq ölkədə iddia olunan korrupsiya və hüquq pozuntuları hallarına dair hökuməti tənqid edən statuslar yazmışdırlar. Həbslərin səbəbi olaraq hökumət iddia edir ki, Bakı şəhərində keçiriləcək dinc bir aksiyada bu gənclərin zorakılıq törədəcəkləri barədə guya planları var imiş.  NİDA təşkilatının bir üzvü və 2 digər gənc fəal inzibati qaydada həbsdə olduqları müddətdə onların başları məcburi şəkildə qırxılmışdır.



Digər tutulan və həbs olunanların siyahısına ən azı 6 jurnalist, Kür daşqınlarından zərər çəkənlərin hüquqlarını qoruyan 2 hüquq müdafiəçisi və evlərindən məcburi çıxarılan mülk sahiblərinə adekvat kompensasiya verilməsi üçün çalışan bir vəkilin işi daxildir.



Hökumət ölkədə tənqidçiləri susdurmaq üçün onlara qarşı çoxlu sayda saxta ittihamlar, o cümlədən narkotik və silah saxlama, xuliqanlıq, dini-siyasi-irqi ayriseçkilik salma və vətənə xəyanət kimi ittihamlardan ibarət cinayət işləri qaldırmışdır.



“Hökuməti tənqid edən və ictimai əhəmiyyət daşıyan məsələlər haqqında danışan adamların təqib olunması ölkədə tənqidçiləri boğmaq üçün çox şübhəli və utanmazcasına açıq formada edilən bir cəhddir. Hökumət belə insanlara qarşı saxta ittihamlardan istifadə etməyi dayandırmalı və həbs edilənləri azad etməlidir,” deyə Gogia bildirib.



Bu hesabatda təsvir olunan saxlanma və həbsolunma halları üzrə Human Rights Watch tərəfindən aparılan araşdırmalar çoxlu sayda qanunsuzluqları ortaya çıxarmışdır. Təşkilatın  apardığı tədqiqatlar göstərir ki, Azərbaycanda məhkəmə proseslərinin gedişatı və digər qanun pozuntuları həbsolunan və saxlanılanların işləri üzrə aparılan istintaqa və digər hüquqi proseslərə inamı sarsıtmış və prosesə çox mənfi təsir etmişdir. Hesabatda haqqında bəhs olunan 17 iş üzrə məlum olmuşdur ki, hökumətin səlahiyyətli məmurları demək olar ki, heç bir halda döyülmələr, təhdidlər və saxlanma yerlərində digər pozuntularla bağlı mövcud olan tutarlı iddialarla əlaqədar səmərəli  araşdırmanı təmin etməmişdir. Saxlanılanlar və tutulanların həbsdə olduqları müddətdə - xüsusilə həbslərin ilkin dovründə - özlərinin istədikləri vəkilləri ilə görüşməsinə hökumətin səlahiyyətli məmurları bir çox hallarda imkan verməmişdir. İstintaq təcridxanasında saxlanmanın zəruri hesab olunmadığı təqdirdə belə məhkəmələrin göstərişi ilə heç bir sübut olmadan saxlanılan şəxslər istintaq təcridxanasına göndərilmişdir. 



Hesabatda qeyd olunur ki, hökuməti tənqid edən ən azı 6 şəxsə qarşı qanunsuz narkotik saxlama ittihamı irəli sürülərək həbs olunmuşdur. Vəkilər hüquqlarını müdafiə etdikləri bu şəxslərlə həbslərindən bir neçə gün keçməsinə baxmayaraq görüşə bilməmişdir. Bundan əlavə, həbsolunanların bir çoxunun dindirilməsi zamanı onları günahlandırıldıqları narkotik saxlamaq iddiası ilə əlaqədar deyil, xüsusilə onların siyasi fəaliyyətləri ilə bağlı dindiriblər. 



Artıq bir neçə ildir ki, dövlətin müstəqil və müxalif mediaya qarşı düşmən münasibət bəsləməyi Azərbaycanda ciddi bir problemə çevrilib. Bu ilin yanvar ayından bəri ən azı 6 jurnalist  tənqidi və araşdırmaçı jurnalistika fəaliyyəti ilə məşğul olduqlarına görə şübhəli ittihamlarla həbsə məhkum edilmişlər. Human Rights Watch-un bu hesabatında 2013-cü ildə baş vermiş 4 müxtəlif həbslə bağlı qeyd olunur ki, hədə-qorxu, qaralama kampanyası və zorakı hücumlar jurnalistlərin və bir yazarın susdurulması məqsədi ilə təşkil olunub.



“Bütün bunlar göstərir ki, hökumət özünü qorumağa çalışır və ictimai  maraq kəsb edən müzakirələrin qarşısını almaq üçün jurnalistləri təhdid edir və həbsə atır. Bunu etməklə, hökumət Azərbaycan cəmiyyətinə zərbə vurur və ölkənin beynəlxalq nüfuzuna xələl gətirir”, deyə Gogia bildirib. 



Hesabatda həmçinin hökumətin müvafiq qanunlara dəyişiklər etməklə icazəsiz etiraz aksiyalarında  iştirak eyməyə və təşkil etməyə görə qanunda nəzərdə tutan cərimənin miqdarını 100 dəfədən çox artırılmasından və həbslə nəticələnən ictimai asayiş pozuntuları üzrə maksimum həbsdə qalma müddətinin 15 gündən 60 günə uzadılmasından və eləcə də, dövlət qeydiyatı olmayan QHT-lərin qanuni olaraq maliyyə dəstəyi almalarının mümkünsüz edilməsindən bəhs olunur.



Beynəlxalq hüquq normalarına əsasən sərbəst toplaşma, ifadə və birləşmə azadlıqlarının qorunması üçün Azərbaycan hökumətinin xüsusi hüquqi öhdəlikləri var. Beynəlxalq insan hüquqları bu azadlıqları fundamental insan hüquqlarının tərkib hissəsi kimi qəbul edir və onları demokratik cəmiyyətin səmərəli fəaliyyəti və fərdi ləyaqətin qorunması üçün vacib hesab edir.



Human Rights Watch  bildirir ki, hökumət böhtan və təhqirə görə cinayət təqibi (kriminal defamasiya) qanunlarını ləğv etməli, dinc aksiyaların keçirilməsinə icazə verməli və dinc aksiyaların təçkilatçılarına və ishtirakçılarına qarşı sərt cərimələri nəzərdə tutan  qanunları ortadan qaldırmalıdır. QHT-lərin fəaliyyətinə hökumətin etdiyi lazımsız müdaxilələrə son qoyulmalıdır.



Azərbaycanın beynəlxalq partnyorları rəsmi Bakının öz öhdəliklərinin icrası və insan hüquqlarına hörmət etməməsi ilə bağlı mövcud olan ciddi nöqsanlara görə tənqid etsə də, bu tənqidlər son nəticədə bu beynəlxalq tərəfdaşların Azərbaycan hökuməti ilə əməkdaşlığına az təsir etmişdir. Ehtimal etmək olar ki, bunun səbəbi həmin beynəlxalq tərəfdaşların Azərbaycanla qarşılıqlı əlaqələrində üstünlüyü daha çox ölkənin geostrateji əhəmiyyətinə və hidrokarbon resurslarına verməsi ilə bağlıdır.



“Rəsmi Bakının bir tərəfdən beynəlxalq arenada öz nüfuzunu qaldırmaq üçün etdiyi səylər və digər tərəfdən də beynəlxalq standartlara hörmət etməməsi arasında ciddi uyuşmazlıq var. Əgər beynəlxalq tərəfdaşlar rəsmi Bakını üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə israr etməkdə uğur qazanmaq istəyirsə həmin beynəlxalq partnyorlar ölkədə insan hüquqlarının yaxşılaşdırılması  üçün aydın çərçivələr müəyyən etməlidir,” deyə Gogia bildirib. 



/musavat.com/


Teqlər:
Bu xəbər cəmi 1455 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR