Şəki Rayon Təhsil Şöbəsindən verilən məlumata əsasən, cari tədris ilində rayonun ümumtəhsil məktəblərini 1917 şagird bitirib.
Məzunlardan 11 nəfəri “Qızıl medal”a layiq görülüb.
Ali məktəblərə daxil olmaq üçün sənəd verən 1166 abituriyentdən 680 nəfəri tələbə adını qazanıb. Onlardan 145 nəfəri 500, 55 nəfəri isə 600 baldan yuxarı nəticə göstəriblər. Əvvəlki illərin qəbul imtahanları ilə müqayisədə nəticələr xeyli yüksəlib.
Təhsil şöbəsindən bildirilib ki, Oxud kənd tam orta məktəbinin məzunu Fəridə Hacıhəsənli hamıdan çox - 696 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olub. İnçə-Zunud kənd tam orta məktəbin məzunu Pərvin Abdurahmanov 691, Biləcik kənd tam orta məktəbin məzunu Günel Ağasiyeva isə 690 bal toplayıblar.