Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Prezident maaşların artırılmasından danışdı

Prezident maaşların artırılmasından danışdı
"Biz bu problemləri bilirik və öz işimizi yerlərdən gələn məlumatlar əsasında görürük"


Prezident İlham Əliyev avqustun 29-da Sabirabadda Kür çayı üzərində yeni inşa olunan körpünün açılışı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 



"Son illər ərzində Azərbaycanda onlarla, bəlkə də yüzdən çox körpü tikilmişdir. Körpü tikmək çox gözəl bir işdir. Körpü həyat verir, rahatlıq verir. Körpü inkişaf deməkdir. Son illərdə müxtəlif yerlərdə, hər bir bölgədə körpülər, yollar, tunellər tikilibdir: "Bax indi Bakıdan Sabirabada qədər rahat yolla gəlmək mümkündür. Bu yol bərbad vəziyyətdə idi. Hər dəfə mən Sabirabada gələndə təəssüf hissi ilə qeyd edirdim ki, yol bərbad vəziyyətdədir. Yolun tikintisi ilə bağlı göstərişlər verilmişdir. Artıq Sabirabada, Saatlıya qədər gözəl yol çəkilibdir. Sonra bu yol Horadizə qədər davam edəcəkdir. Bu, insanlara rahatlıq, inkişaf verəcəkdir. Həm də yolun tikintisi, eyni zamanda, regionların inkişafına da bir təkandır.



Körpünün tikilməsi sakinlər tərəfindən irəli sürülmüş bir təklif idi: "Yadımdadır ki, keçən dəfə - iki il bundan əvvəl Sabirabadda olarkən belə bir müraciət olmuşdur. Dərhal göstəriş verildi. Bakıya qayıdan kimi ilk Sərəncam imzalandı, vəsait ayrıldı. Ondan sonra əlavə vəsait də ayrıldı, körpünün tikintisi dövlət büdcəsinə, Dövlət İnvestisiya Proqramına salındı. Biz artıq körpünün açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm.



Bu körpüdən on minlərlə insan istifadə edəcəkdir. Mənə verilən məlumata görə, bu körpü 16 kəndi birləşdirir. Körpünün tikintisi doğrudan da çox vacib idi. Bu körpünün tikintisi əslində Azərbaycanda xalqla iqtidar arasındakı birliyi təcəssüm etdirir. Çünki bizim bütün təşəbbüslərimiz, bütün işlər xalqın tələbi, xalqın xahişi ilə, yerlərdən olan təkliflər əsasında görülür. Bizim regional İnkişaf Proqramımızın əsas mənbəyi xalqdır. Proqramın əsas istiqaməti də Azərbaycan xalqına xidmət etməkdir. Hazırda ikinci Dövlət Proqramı başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilir. Regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı hazırlanır, gələn ilin əvvəlində qəbul ediləcəkdir. Üçüncü Proqram da yerlərdə verilən təkliflərin əsasında tərtib edilir. Çünki yerlərdə yaşayan sakinlər daha yaxşı bilirlər hansı işlər görülməlidir. Mənim rayonlara, o cümlədən Sabirabada səfərlərimin səbəbindən biri də ondan ibarətdir ki, özüm vəziyyətlə tanış olum, görüm hansı işlər görülməlidir, əlavə nə etmək lazımdır və bütün bu işləri biz görək.



Yol, körpü tikintisi, kənd yollarının inşası gedir. Bu zonada da kənd yolları tikilir. Əvvəllər də tikilmişdir, növbəti illərdə də tikiləcəkdir: "Çox işlər görülübdür. Sabirabad abadlaşır, gözəlləşir. Mən keçən dəfə iki il bundan əvvəl olmuşam burada. Görürəm ki, çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır. Möhtəşəm Heydər Əliyev Mərkəzi tikilmişdir. İndi oradan gəlirəm. Ulu Öndərin Sabirabada olan münasibətini siz yaxşı bilirsiniz. 1970-1980-ci illərdə hər il Sabirabada gəlirdi, vəziyyətlə tanış olurdu. Sabirabadın o vaxtkı inkişafı ilə bağlı bütün istiqamətləri müəyyən etmişdir. 1990-cı illərdə də olmuşdur. Mən də çalışıram bütün sahələrdə olduğu kimi, bu sahədə də onun siyasətini davam etdirim. Bu, mənim Sabirabada beşinci səfərimdir. Hər dəfə, xüsusilə son səfərimdən sonra görürəm ki, doğrudan da, böyük dəyişikliklər baş verir.



Şəhər müasir görkəm alır, müasirləşir, abadlaşır, gözəl binalar, məktəblər, xəstəxana tikilir. Ancaq hələ görüləsi işlər çoxdur. Növbəti illərdə görüləsi işlər arasında xüsusi əhəmiyyət daşıyan su layihəsi olacaqdır. Bu ilin sonunda, ya da ki, gələn ilin əvvəlində Sabirabadın içməli su ilə təminatını təşkil etmək üçün böyük layihə başlanacaqdır. Hesab edirəm ki, biz çalışıb bu problemi 2014-cü ilin sonuna birdəfəlik həll edək. Buna böyük ehtiyac vardır. Bilirsiniz ki, şəhərə içməli su fasilələrlə verilir. Bəzi hallarda keyfiyyət də lazımi səviyyədə deyildir. Bu layihə də öz həllini tapacaqdır. Bu vaxta qədər çay boyu yerləşən kəndlərdə təmizləyici qurğular quraşdırılmışdır. Ancaq Sabirabadın su problemini əsaslı şəkildə həll etmək üçün yaxın zamanlarda böyük layihə icra edilməyə başlanacaq. Bu layihə 2035-ci ilə qədər hesablanıbdır. Yəni, əhalinin artımını nəzərə alıb və 24 saat təmiz, keyfiyyətli içməli su veriləcək.



Digər vacib layihə qazlaşdırma ilə bağlıdır: "Biz bu layihəni də icra edəcəyik. Bax, ağsaqqal da razıdır. Bu layihə də tam şəkildə icra ediləcəkdir. Bütün kəndlərdə 100 faiz qaz təminatı təşkil ediləcəkdir. Mənə verilən məlumata görə hazırda şəhərin böyük hissəsi qazlaşdırılıb. Amma kəndlərdə qaz demək olar ki, yoxdur, ya da ki, azdır, yaxud, keyfiyyət aşağıdır. Ona görə Dövlət Neft Şirkətinə müvafiq göstərişlər verilmişdir. Yaxın zamanlarda geniş qazlaşdırma işləri də aparılacaqdır. Bir daha demək istəyirəm ki, Sabirabad rayonunun bütün kəndlərində qazlaşdırma aparılacaqdır. Bu layihəni də biz icra edəcəyik.



Elektrik enerji ilə bağlı pilot layihə icra edilir. Bizdə əslində elektrik enerjisi ilə bağlı, yəni generasiya ilə bağlı problem yoxdur.



Biz kifayət qədər yeni stansiyalar tikmişik. Sonuncu stansiya Şirvan şəhərində tikilmişdir. Ancaq ötürücü xətlər bəzi hallarda nasaz vəziyyətdədir və yaxud da ki, köhnəlibdir. Ona görə ötürücü xətlər və elektrik təsərrüfatı tamamilə yenidən qurulmalıdır. Son illərdə bu sahədə böyük işlər görülmüşdür. İşıqla bütünlükdə problem yoxdur. Kifayət qədər enerji vardır. Ancaq elə edilməlidir ki, fasiləsiz olsun - 24 saat və ötürücü xətlərdə heç bir problem olmasın.



Kənd yolları da tikilir və tikiləcəkdir. Məktəblər tikilir. Amma kəndlərdə qəzalı məktəblər vardır. Sabirabad rayonunda 14 qəzalı məktəb vardır. Təmirsiz məktəblər də vardır. Bu problem də öz həllini tapacaqdır. Yəni, əsas məsələ ondan ibarətdir ki, bütün mövcud problemlər öz həllini tapmalıdır. Biz bu problemləri bilirik və öz işimizi yerlərdən gələn məlumatlar əsasında görürük. Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, təhlükəsizliyi, rifahı və sağlamlığı dayanır. Biz insanların sağlamlığı, rifahı, təhlükəsizliyi üçün hər şeyi edirik və edəcəyik. Ölkəmiz sürətlə qabağa gedir. Hər bir bölgə qurulur, abadlaşır, bax biz belə böyük işlər görürük.



Güclü iqtisadiyyatı da biz yaratmışıq. Bütün bunlar ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə neft strategiyasının icrası nəticəsində mümkün olmuşdur. Neftdən gələn gəlirləri biz insan kapitalına yönəldirik. Bir daha demək istəyirəm ki, hər şey Azərbaycan vətəndaşı üçün olmalıdır. Bunu edirik.



İqtisadiyyatımız isə güclüdür və güclənir. Dünyada böhran davam edir. Amma bizdə bu hiss olunmur. Bəzi ölkələrdə maaşlar, pensiyalar kəsilir, iş yerləri ixtisara düşür. Amma bizdə maaşlar, pensiyalar artır, iş yerləri açılır. Budur bizim reallıqlarımız. Bu, böyük nailiyyətdir, böyük nemətdir. Gərək biz bu inkişafı gələcəkdə də təmin edək. Bunu etmək üçün həmişə olduğu kimi, xalqla iqtidar bir olmalıdır. Bax, bu birlik bizim bütün uğurlarımızı şərtləndirmişdir. Bizim gördüyümüz işlər konkret işlərdir. Körpülər, yollar, su, qaz xətləri, məktəblər, konkret işlərdir ki, insanlar bunu görür və istifadə edirlər.



Əminəm ki, gələcəkdə bizim görüşlərimiz hələ çox olacaq.



Gələcəkdə Sabirabadda buna bənzər açılışlar gözlənilir. Mən də Ulu Öndərin siyasətini davam etdirərək çalışacağam ki, tez-tez Sabirabada gəlim".


Teqlər:
Bu xəbər cəmi 1355 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR