8 km-ə yaxın məsafədə yenidənqurma və abadlıq işləri prospektin İlisu kəndi istiqamətində aparılıb.
Yay aylarında, xüsusilə də turizm mövsümündə nəqliyyat vasitələrinin hərəkətinin intensivliyini nəzərə alınaraq prospektin bu hissəsində yeni işıq dirəkləri quraşdırılıb, yolda genişləndirmə aparılaraq avtomobillərin ikitərəfli hərəkəti təmin olunub. Prospektin hər iki tərəfindəki daş divarlar əsaslı təmir edilib, evlərin və yardımçı tikililərin dam örtükləri dəyişdirilib, milli memarlıq üslubunda ağac materialından yeni qapılar qoyulub. Prospektdə piyadalar üçün nəzərdə tutulan hissəyə 3,3 min kvadratmetr səki daşları, 7,6 min metr uzunluğunda bordür düzülüb. Yol boyu yağış sularının axıdılması üçün nəzərdə tutulan su arxları da əsaslı təmir olunub, yol kənarlarına gül kolları əkilib.
Yenidənqurma işlərindən sonra ulu öndərin adını daşıyan prospekt öz görkəmini tamamilə dəyişib.