Trend-in Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, hadisə ötən günün ikinci yarısında baş verib. Belə ki, maskada olan naməlum şəxs Simferopoldakı küçələrin birinə soxulub.
Naməlum şəxs Azərbaycan vətəndaşı olan ev sahibinin başından zərbə ilə vuraraq onu iplə bağlayıb. Bundan sonra 125 min ABŞ dollarını və qızıl əşyalarını götürərək aradan çıxıb.
Faktla bağlı araşdırma aparılır.