Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səfər Əbiyev Sloveniya nazirini qəbul etdi

Səfər Əbiyev Sloveniya nazirini qəbul etdi
Avqustun 29-da Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin Sloveniyanın müdafiə naziri Roman Yakiçlə görüşü olub.


Azərbaycan-Sloveniya əlaqələrinin son illər inkişaf etdiyini qeyd edən S. Əbiyev iki ölkə arasında imzalanmış hərbi sazişin bu sahədə də əməkdaşlığın tərəqqisinə geniş  imkanlar yaratdığını vurğulayıb. O, görüş zamanı sloveniyalı həmkarına bölgədəki gərgin hərbi-siyasi vəziyyət və Dağlıq Qarabağ münaqişəsinin bu günədək sülh yolu ilə həll edilməməsinin səbəbləri barədə məlumat verib. Öz növbəsində Sloveniyanın müdafiə naziri Roman Yakiç də bu münaqişəni yaradan amillər və problemin həllinə maneəçilik törədən yanaşmalardan xəbərdar olduğunu bildirib.



Görüş zamanı nazirlər hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini  və digər zəruri əlaqələrin inkişafını önə çəkiblər.



Sloveniyanın müdafiə naziri gələn il hər iki ölkənin ortaq qəhrəmanı əfsanəvi Mixaylonun-Mehdi Hüseynzadənin 95 illiyinin Sloveniyada təntənəli surətdə qeyd ediləcəyini bildirib. Roman Yakiç Azərbaycanın müdafiə nazirini həmin tədbirdə iştirak etməyə dəvət edib.



Görüşdə Azərbaycan Respublikasının Sloveniyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov iştirak edib.


Teqlər:
Bu xəbər cəmi 1350 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR