Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Avqustun 30-da hava şəraitinin əsasən yağmursuz, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında günorta saatlarında isti diskomfort hava şəraiti və havada rütubətliyin çox olması ilə yaranan bürkü meteohəssas insanlar üçün əsasən əlverişsizdir.