Bu barədə məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.
Məlumata görə, mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun 33-38, dağlarda 22-27 dərəcə isti olacağı gözlənilir.
Aqrometeoroloji şərhə görə, avqustun 27-dən 29-dək respublika ərazisində isti, əsasən yağmursuz yüksək temperatur rejimi üstünlük təşkil edəcək. Əksər rayonlarda yağmursuz hava şəraiti bütün kənd təsərrüfatı bitkilərinin inkişafına müsbət təsir göstərəcək.
Lakin bununla yanaşı Mərkəzi-Aran və Naxçıvan MR-da havanın maksimum temperaturunun 35 dərəcədən yuxarı olması bitkilərin inkişafına mənfi təsir göstərəcək, hətta torpağın üst səthini qurudaraq suvarmaya ehtiyac yaradacaq.
Ümumiyyətlə, gözlənilən hava şəraiti bir çox rayonlarda bağlarda meyvələrin, bostanlarda tərəvəzin, üzüm bağlarında isə süfrə üzümünün yığımı, çoxillik otların biçini və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq.