Milli Şuranın ehtiyat vahid namizədi, tarixçi alim Cəmil Həsənli sabiq nazir Fərhad Əliyevin dünən yaydığı açıqlamasına münasibət bildirib.
Cəmil Həsənli “Azadlıq” radiosuna müsahibəsində Fərhad Əliyevin fikirlərinə qısa cavab verib:
“Mən onun seçiminə hörmətlə yanaşıram”.
Qeyd edək ki, Fərhad Əliyev dünən yaydığı açıqlamasında prezident İlham Əliyevi dəstəklədiyini bildirmişdi:
“Cəmil Həsənli mənim həmyerlim, uzaq qohumumdur və eyni zamanda hüquqlarımı müdafiə komitəsinin sədridir. Cəmil Həsənliyə çox böyük hörmətim var, mənim üçün çəkdiyi əziyyətlərinə görə ona minnətdaram. Bununla belə, prezident seçkisində yaxından tanıdığım, uzun illər birgə çalışdığım, səriştəsinə, bilik və bacarığına yaxından bələd olduğum cənab İlham Əliyevə inanıram və onu dəstəkləyirəm”.