Müvafiq rayonların təhsil şöbələri müdirlərinin, həmçinin nazirliyin digər əlaqədar struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda vətəndaşlar əsasən işə götürülmə, məktəb və uşaq bağçalarının təmiri, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, buraxılış və qəbul imtahanları, təhsil haqqı və köçürmələrlə bağlı müraciətlər ediblər.
Hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilmiş, əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə əlaqədar nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib.