Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səfər Əbiyev nazir müavinini qəbul etdi

Səfər Əbiyev nazir müavinini qəbul etdi
Avqustun 23-də Azərbaycan müdafiə naziri general-polkovnik Səfər Əbiyev Yaponiya müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Nazirliyin mətbuat xidmətindən  daxil olan xəbərə görə, son illər Yaponiya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edən nazir Səfər Əbiyev hərbi sahədə də ikitərəfli əməkdaşlığın qurulmasının münasibətlərin dərinləşməsinə böyük töhvələr verəcəyini önə çəkib.



Yaponiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana ilk səfərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran nazir regionda baş verən hərbi-siyasi vəziyyət, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsini doğuran səbəblər barədə yaponiyalı qonaqları məlumatlandırıb. O bildirib ki, Ermənistanın təcavüzkar siyasəti bu gün də davam edir. Baxmayaraq ki, ATƏT-in Minsk Qrupu çərçivəsində problemin həllinə üstünlük göstərilsə də, təəssüf ki, konkret nəticə yoxdur. Nazirin sözlərinə görə, digər narahatlıq yaradan amillərdən biri də BMT-nin məlum 4 qətnaməsinin indiyədək icra olunmaması ilə bağlıdır. Amerika Birləşmiş Ştatları Konqresinin 907-ci düzəlişinin aradan qaldırılmamasının əlavə təsirlərini də nəzərə alsaq o zaman görərik ki, bölgədə hansı gərginliklər hökm sürür. Müdafiə naziri Səfər Əbiyev qonaqların diqqətinə çatdırdı ki, vəziyyət bu cür davam edərsə Azərbaycan ordunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaq.



Azərbaycan-Yaponiya əməkdaşlığının vacibliyini vurğulayan nümayəndə heyətinin rəhbəri Masahisa Sato Azərbaycan Silahlı Qüvvələrinin sülhyaratma missiyalarda iştirakının böyük əhəmiyyət daşıdığını bildirib. Görüş zamanı ikitərəfli hərbi əməkdaşlıq sazişinin layihəsi üzərində işləmək barədə razılıq ifadə olunub.


Teqlər:
Bu xəbər cəmi 2045 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR