“Yenimeydan.info ” Publika.Az –a istinadən xəbər verir ki, Rusiyada gözdən düşmüş biznesmenlər sırasında Azərbaycan əsilli Telman İsmayılov da var.
Xatırladaq ki, Telman İsmayılov AST şirkətlər qrupunun prezidentidir. “Forbes”in yazdığına görə, 2009-cu ildə ona məxsus olan “Çerkizov” bazarında tərkibində 2 milyard dollarlıq qaçaq mal olan konteynerlər aşkar olunub. İctimai qınağa tuş gəldikdə bazar bağlanılıb. Telman İsmayılov isə Türkiyəyə gedərək bu ölkənin vətəndaşlığını qəbul edib.