Teleaparıcı bu haqda “Facebook” hesabında yazıb:
“Əziz Facebook dostlarım, mətbuatdan da bilirsiniz ki, iyun ayında mənə hücum olmuşdu. Bu ağır zərbənin psixoloji sarsıntısı təbii ki, keçmir. Aldığım xəsarət indi də özünü göstərir. Boyun nahiyəmdəki bıçaq yarası boynumda deformasiya yaradıb və iflicolma dərəcəsinə gətirib çıxarmaq üzrədir. Sizdən və məni sevən insanlardan heç bir gizlim olmadığına görə, bunu da Sizə yazmalıyam.Türkiyə Respublikasında müalicə almalıyam.Bir müddət burada olmayacağam.Sizin dualarınızla, Allahın da köməkliyi ilə bu problemi də həll edərəm. Sağ və salamat ara verdiyim televiziya proqramlarına və klinikadakı işlərimə geri dönərəm. Çox çətin şəraitdə proqramlarımı çəkdim. Sizə xəstə olduğumu bildirmədim. Çünki siz məni hər zaman gülərüz və şən İlham Mirzəyev kimi görmüsünüz. İnşallah yenə də müalicədən sonra belə olaram. Sizlərdən ötrü darıxacağam. Tezliklə görüşənədək. Hər birinizi çox-çox sevən İlham Mirzəyev”.
Xatırladaq ki, İ.Mirzəyev iyunun 14-də axşam saatlarında çalışdığı "Space" kanalının arxa qapısından çıxıb avtomobilinə yaxınlaşarkən 4 nəfərin hücumuna məruz qalmışdı.