Bu barədə Trend-ə açıqlamasında Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov deyib.
Daha əvvəl Bakının mərkəzində xüsusi dayanacaqların olmaması ilə bağlı sürücülər öz avtomobillərini yol kənarlarında saxlayırdılar ki, bu da nəqliyyatın hərəkət prosesini xeyli çətinləşdirirdi.
Paytaxtda pullu avtomobil dayanacaqlarının açılışı ilə əlaqədar respublika polisi dayanacaq qaydalarını pozaraq və bununla da nəqliyyatın azad və fasiləsiz axınına mane olan sürücülərə, o cümlədən sərnişinlərə onlara qarşı ciddi inzibati tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib.
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirib: "Avtomobil dayanacaqlarının tikintisi və istismara verilməsi hazırda vacib məsələdir və bu proses öz effektivliyini göstərir".
Namiq Həsənov bildirib ki, həmçinin tıxaclara qarşı mübarizədə öz effektivliyini paytaxt küçələrində yeni yolayrıcları, yeraltı tunellər, yerüstü və yeraltı keçidlərin tikintisi də göstərir: "Bütün bu işlərin kompleks şəkildə həyata keçirilməsinə ehtiyac var və onlar reallaşdırıldıqca öz effektivliyini göstərir".