TQDK bəyan edib ki, həmin gənclərin təcrübəsinin öyrənilməsi, yayılması, ictimaiyyətə tanıdılması və mükafatlandırılması məqsədilə bir sıra tədbirlər həyata keçiriləcək.
Belə ki, “Abituriyent” jurnalının ayrıca bir nömrəsi də bütünlüklə onlara həsr ediləcək. 600 və daha yüksək bal toplayan gənclər TQDK-nın anket-sorğusunu doldurmalı və 1 ədəd 3x4 sm ölçüdə, keyfiyyətli çəkilmiş rəngli fotoşəkili həmin anketlə birlikdə avqustun 31-dək TQDK-ya və ya onun Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağcabədi, Göyçay, Şirvan şəhərlərində yerləşən regional bölmələrindən birinə təqdim etməlidirlər.