Imzalanma mərasimi 26 avqust tarixində saat 19.00-da “Əli və Nino” kitab mağazaları şəbəkəsinin “Park Bulvar”da yerləşən satış məntəqəsəində təşkil ediləcək. Arzu edən hər bir şəxs imzalanma mərasimində iştirak edə bilər.
“Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabı çoxcildlik kimi nəzərdə tutulan nəşrin birinci cildi olub, müəllifin Türk dünyasının qədim və önəmli mərkəzlərindən Bursa, İznik, Bayburt, Amasya, Sparta, Karabük səfərlərini özündə ehtiva edən, maraqlı həyat müşahidələrinə, tarixi və canlı faktlara əsaslanan publisistik əsərlər toplusudur. “Qənirə Paşayeva ilə addım-addım Türk Dünyası” kitabı, mövzu üzrə ixtisaslaşmış elm, mədəniyyət müsəssisələrinə, aparıcı kitabxanalara da pulsuz paylanacaq. Arzu edən şəxslər kitabı “Əli və Nino” kitab mağazaları şəbəkəsinin bütün satış məntəqələrindən əldə edə bilərlər.