Bakı Metropoliteninin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, kartyükləmə avtomatlarının işi barədə daxil olan şikayətlərin təhlili göstərir ki, əksər hallarda, yəni bu halların 60-70 faizi sərnişinlərin avtomatlardan düzgün istifadə etməməsinin nəticəsidir.
Məlumata görə, hadisələrin mərkəzi server xidmətində araşdırılması nəticəsində aydın olub ki, kart yükləyənlər, bir çox hallarda, əməliyyatı sona çatdırmadan dayandırır və karta gediş əlavə olunmur. Bu barədə avtomatların vizual və səsli xəbərdarlığına baxmayaraq, belə hallara yol verilir: "Buna görə də bütün sərnişinlərdən bir daha xahiş edirik, avtomatlardan istifadə zamanı diqqətli olun, əməliyyatın sona çatmasını mütləq gözləyin".