İyul ayının 1-nə əhalinin banklardakı əmanətlərinin qalığı 5922,2 milyon manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 35,4 faiz artıb.
Əmanətlərin 3583,8 milyon manatı və ya 60,5 faizi milli, 2338,4 milyon manatı isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 44,5 faiz və 23,6 faiz artıb.
İyul ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.78 manat, 1 Avroya 1.03 manat, 100 Rusiya rubluna 2.39 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0.78, 1.03 və 2.51 manat təşkil edib.