Gənclər üçün Prezident Mükafatına namizədlər Təhsil, Mədəniyyət və Turizm, Gənclər və İman nazirlikləri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən irəli sürüləcək.
Bu barədə Gənclər və İdman Nazirliyi tərəfindən Prezidentin Facebook səhifəsində vətəndaşlara maraqlı olan suallar cavanlandırılarkən məlumat verilib.
Məlumata görə, mükafatçılar haqqında məlumat xüsusi ekspert komissiyasına təqdim ediləcək.
“Bu qurumlar öz növbəsində yüksək əhəmiyyət kəsb edən, beynəlxalq və respublika səviyyəli nailiyyətlər əldə etmiş gəncləri mükafata layiq gördüyü halda müvafiq qaydada məlumatları xüsusi ekspert komissiyasına təqdim edəcəklər”.