Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Bakıda 70 faizlik yalançı endirim

Bakıda 70 faizlik yalançı endirim
Yay mövsümü başa çatmaq üzrədir. Bununla bağlı artıq bir çox geyim mağazalarında “şok endirim kampaniyaları” başlayıb. Bu kampaniyaların reklamlarına görə burada mallar öz qiymətinin yarısı qədər endirimlə verilir.


Hətta bunların içində 70 faizədək endirimlərə belə rast gəlmək mümkündür. Bu da həmin malın 4 de 1 hissəsinin qiyməti deməkdir. Bu qiymətlər kənardan necə cəlbedici görünsə də reallıq bunun tam əksini göstərir. 



Brend mallara 70 faiz endirim



Belə reklamlardan biri də brend mağazalar sırasında olan “Çinici” geyim mağazalarının müştərilərini sevindirir. Belə ki, bu gün Çinici geyim mağazalar şəbəkəsi öz yay endirim kampaniyasını elan edib və məlumatı mobil operatorlar vasitəsilə öz müştərilərinə çatdırıb. Müştərilərə göndərilən mesajın məzmunu belədir: “Dəyərli müştərilərimiz bu gündən etibarən yay kolleksiyamızın tam çeşidi 70 faizədək endirimlərlə təqdim olunur”. Bu kampaniya hamının olduğu kimi bizimdə diqqətimizi çəkdi. Belə brend mağazadan 70 faiz endirimlə məhsul almağı kim istəməz ki. Alış-veriş etmək üçün Hüseyn Cavid prospekti 57 ünvanında yerləşən “Çinici”-yə yollandıq. Mağazaya daxil olduqda, orada diqqəti cəlb edəcək şəkildə yazılan “50-60 faiz endirim” reklamları nəzərimizə çarpdı. Lakin mağazadakı məhsullara baxdıqdan sonra məlum oldu ki, endirim elanda yazıldığı kimi, bütün çeşidlərə tətbiq edilmir. 



Endirim oyunları



Endirimdə olan məhsullarla maraqlanmaq üçün satıcıya yaxınlaşdıq. Satıcı bizimlə söhbətində endirimin yalnız köhnə kolleksiyalara aid olduğunu bildirdi. Belə ki, yeni kolleksiyaların qiymətlərinə endirim edilmir. Araşdırmalarımız nəticəsində məlum olur ki, mağaza sahibləri alıcının diqqətini cəlb etmək və malların tez bir zamanda satılması üçün bu üsula əl atırlar. Çünki, istənilən alıcı “mağazalarda bütün mallara 70 faiz endirim” lövhələrini gördükdən sonra 100 manatlıq malı 30 manata alacağını düşünərək buraya daxil olur. Bu elanın məqsədi müştərini mağazaya cəlb etmək, cəlb etdikdən sonra isə, onları qiymətləri “od tutub yanan” yeni kolleksiyalarla tanış etməkdir.



Mağazadakı 50-60 faiz endirimlərlə satılan məhsullarla tanış olduqdan sonra elanda göstərildiyi kimi 70 faiz endirimlə verilən məhsullarla tanış etməsi üçün satıcıya yaxınlaşdıq. Satıcının isə cavabı maraqlı idi: “Xanım bizdə 70 faiz endirimlə elə bir mal yoxdur. Bəzi papaqlara və aksesuarlara (onunda hamısı yox 1-2 sinə) endirim tətbiq edilir. Burada yalnız köhnə kolleksiyadan olan şalvar, köynəklər 50 faiz endirimlə, kostyumlar isə 60 faizə qədər endirimlə təqdim edilir. Məsələn, 450 manatlıq kostyum endirimlə 150 manata verilir. Bura qədər kostyumlar (əli ilə köhnə kolleksiyadan asılan kostyumları göstərir) endirimə daxildir, mağazanın o biri hissəsi isə yeni kolleksiyadır”.



Endirimlərin nəyə əsasən edildiyini maraqlanmaq üçün mağazanın inzibatçısı Eşqinə yaxınlaşdıq: “Bizdə endirimlər əsasən sezonun sonu olduğu üçün və malların razmerləri qalmadığı üçün edilir”. 70 faiz endirimlə malı verdikdə nə qədər qazanc əldə etdiklərini soruşduqda isə məlumat verilmədi: “O barədə mən məlumat verə bilmərəm. Mən sadəcə müdiri əvəz edirəm”.



“Endirim ən çox 15-20 faiz ola bilər”



İqtisadçı ekspert Pərviz Heydərov bizimlə söhbətində bildirdi ki, əmtəə növü üzrə hər hansı kampaniya reklam xarakteri daşıyır və satışa qoyulan bütün malların qiymətlərini bazar müəyyənləşdirir: “Bazara çıxarılan malların qiymətlərində tələb və təklifin nisbətindən kənarda heç bir dəyişiklik baş verə bilməz. Bu və ya digər endirim və yaxud ucuzlaşmadan söhbət gedərsə deməli, ya keyfiyyət aşağı düşüb, ya tələbat enib, ya da ki, həmin məhsulun istehsal və ticarət xərcləri azalıb. Dəyişiklik isə aşağı və yuxarıya doğru ən çox 15-20 % ətrafında baş verə bilər. Bundan yuxarı rəqəmlərlə ifadə olunan qiymət dəyişikliyi istənilən halda saxtalığa dəlalət edir. Belə ki, hər hansı mala 70 faiz endirim tətbiq edilirsə, hamı bilməlidir ki, bu, saxtadır və kampaniya qanuna ziddir. Belə qanunsuzluqlar yerində aşkarlanmalı və tədbir görülməlidir”. 



Saxta endirimlərə qarşı mübarizəyə gəldikdə isə iqtisadçı ekspert vurğuladı ki, bu problemlə mübarizədə xüsusilə istehlakçılar maarifləndirilməli və öz hüquqlarını bilməlidirlər: “Saxta endirimlərə qarşı mübarizə yalnız bir orqan tərəfindən aparıla bilməz. Bu məsələ birinci növbədə “Reklam haqqında” qanunda öz əksini dəqiq tapmalı və istehlakçılar maarifləndirilməlidir. Hansısa şirkət və yaxud satıcı 40-50 % endirim barədə elan verirsə, hər bir istehlakçını öncə bunun iqtisadi əsasları düşündürməlidir”.


Teqlər:
Bu xəbər cəmi 2370 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR