Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İlham Əliyev Zaqatala rayonuna səfər etdi- Yenilənib

İlham Əliyev Zaqatala rayonuna səfər etdi-  Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham bu gün Balakənə səfərini başa çatdıraraq Zaqatalaya gəlib.


 Dövlət başçısı Zaqataladakı Heydər Əliyev Parkında Heydər Əliyevin  abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.



Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə məlumat verdi ki, Heydər Əliyev Parkı son illərdə sakinlərin istirahəti üçün ən çox üz tutduqları məkanlardan birinə çevrilmişdir. Burada yerli əhali və eləcə də qonaqların istirahətinin təşkili üçün hər cür şərait var.



***



İlham Əliyev bu gün Zaqatala rayonuna səfəri çərçivəsində “Tumurcuq” uşaq bağçasının açılışında iştirak edib.



Hazırda uşaqların keyfiyyətli təhsil və dünya standartlarına cavab verən tibbi xidmətlərlə təmin edilməsi, hərtərəfli qayğı ilə əhatə olunması, onlar üçün zəruri şəraitin yaradılması, böyüməkdə olan nəslin layiqli vətəndaş kimi formalaşması Azərbaycanda dövlət uşaq siyasətinin başlıca prinsiplərindəndir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblərin əsaslı şəkildə yenidən qurulması bu istiqamətdə aparılan işlərin ardıcıl xarakter aldığını göstərir. Uşaqlara qayğı və diqqət, gələcək nəslin fiziki və mənəvi cəhətdən sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində də əsas yer tutur. Zaqatala rayonundakı “Tumurcuq” uşaq bağçası da Fondun dəstəyi ilə inşa edilmişdir.



Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.



Məlumat verildi ki, uşaq bağçası binasının inşasına ötən ilin mayında başlanılıb. Bağçanın ümumi sahəsi 785 kvadratmetr, həyətyanı sahəsi isə yarım hektardır. Yüz yerlik bağçada altı qrup fəaliyyət göstərəcəkdir. Burada tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Binanı daimi isti su ilə təchiz etmək üçün əlavə qazanxana inşa olunmuşdur. Burada yanğın əleyhinə xüsusi sistem, təhlükəsizlik kameraları quraşdırılmışdır.



Bildirildi ki, uşaqların təlim-tərbiyəsi, əyləncələri üçün hər cür şəraitin yaradıldığı bağçanın həyətyanı sahəsində də abadlıq və quruculuq işləri görülmüş, xüsusi istirahət guşələri yaradılmışdır. Binanın və ərazinin işıqlandırma sistemi müasir səviyyədə qurulub.



Azərbaycan Prezidenti bağçada yaradılmış şəraitdən razılığını bildirib.



***



Prezident bu gün Zaqatalada Heydər Əliyev Mərkəzinin binasında tikinti işlərinin gedişi ilə də tanış olub.



Dövlət başçısına məlumat verildi ki, Mərkəzin tikintisinə bu ilin aprelində başlanmışdır. Ən müasir standartlar səviyyəsində inşa olunan Mərkəzin binasında muzey, iki konfrans salonu, kinozal, internet-kitabxana, milli rəqs, heykəltəraşlıq, dizayn, xalq yaradıcılığı və foto studiyaları, həmçinin dərnək otaqları və kafe yaradılacaqdır. Binada daş-hörgü işləri başa çatdırılmışdır. Hazırda dam örtüyü quraşdırılır və suvaq işləri görülür. Binanın həyətində 2 min 500 kvadratmetr əraziyə tamet döşənəcək, 4 min 700 kvadratmetr ərazidə isə yaşıllıq salınacaqdır. Burada, həmçinin fəvvarəli üç hovuzun tikintisi nəzərdə tutulur. Mərkəzin binasında tikinti işlərinin 2014-cü ilin mayında başa çatdırılması planlaşdırılır. Heydər Əliyev Mərkəzində 25-30 nəfər daimi işlə təmin olunacaq.



Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.


Teqlər:
Bu xəbər cəmi 1770 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR