MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçirilən iclasda, həmçinin hər iki partiyanın, eyni zamanda namizədliyi təsdiq olunmuş hüquqşünas İlqar Məmmədovun səlahiyyətli nümayəndələri qeydə alınıb.
M.Pənahov, həmçinin qeyd edib ki, İsaqov Qüdrət öz təşəbbüsü ilə prezidentliyə namizədliyinin irəli sürülməsi üçün seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bununla da prezidentliyə namizədlərin sayının 15 çatdığını deyən M.Pənahov seçkilərə marağın böyük olduğunu qeyd edib. O bildirib ki, təsdiq olunmuş namizədlərə imza vərəqələri paylanıb və onlar imzatoplama kampaniyansına başlayıblar.
M.Pənahov seçkiləri mühadiə etmək üçün müraciətlərin sayının 59-a çatdığını bildirib.
Qeyd edək ki, prezidentliyə 14 namizəd seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edib. Bunlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından partiyanın sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından partiyanın sədri Fuad Əliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən deputat Zahid Oruc, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Elşən Həsənov və öz təşəbbüsü ilə namizədliyini irəli sürən İsmayıl Yusifovdur.
Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyevin, Azadlıq Partiyasının sədri Əhməd Orucun, hüquqşünas İlqar Məmmədovun (İlqar Altay), Ümid Partiyasının sədri İqbal Ağazadənin, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin prezidentliyə namizədlikləri MSK-nın əvvəlki iclaslarında təsdiq edilib.
Xatırladaq ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib.
Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.
MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib. Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.