Bu barədə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli Facebook hesabında yazıb. Onun sözlərinə görə, VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, Mahmudəli Çöhrəqanlı hava lımanındadır, ölkəyə buraxmırlar: "Danışıq aparırıq, hələ ki, müsbət nəticə yoxdur".
***
Mahmudəli Çöhrəqanlı Bakıya buraxılmadı. Onu qarşılamağa gedən güneylilərin Aznews.az-a verdiyi məlumata görə, Çöhrəqanlını gəldiyi təyyarə ilə geri qaytarıblar.
***
“Təəssüf ki, doğma vətənim Azərbaycana gəlməyimə bu dəfə də imkan verilmədi. Mən bundan çox təəssüflənirəm və doğma vətənlə, soydaşlarımla qovuşmamağın sarsıntısını yaşayıram”.
Bunu bu gün gəldiyi Heydər Əliyev adına Hava Limanından Frankfurta geri qaytarılan Güney Azərbacyan Milli Azadlıq Hərəkatının liderlərindən biri, Amerikada mühacir həyatı yaşayan Mahmudəli Çöhrəqanlı bildirib.