“Qiymət razılaşma yolu ilə olacaq. Əsasən şəkilllərin qiyməti 2-20 manat arasında olacaq. Fotolar çap olunacaq və istəyənlər gəlib özləri götürə bilərlər. Gələ bilməyənlərə isə poçt vasitəsilə göndəriləcək. Burada məqsəd pul toplamaq deyil. Bizə qarşı tətbiq edilən cərimələrə bu yolla etiraz bildirməkdir. Mədəni və qanuni şəkildə foto satışını aparacağıq. Çünki ötən aksiyada məni yolda getdiyim yerdə tutub aparmışdılar və 600 manat cərimələdilər”.
Bəxtiyar Hacıyev bildirib ki, bu cür aksiya təşkil etməsində səbəb Milli Məclisin ianələrlə bağlı qanunu sərtləşdirməsidir: “Bildiyiniz kimi, əvvəl cərimələri ianə şəkilndə toplayardıq. Milli Məclis ianələrlə bağlı qanunu da sərtləşdirdi. Milli Məclis bizim azadlığımızı boğduqca, biz də onun genişləndirilməsinə çalışacağıq”.
Hacıyev həmçinin əlavə edib ki, satışa çıxardığı fotolarla bağlı xaricdən də sifarişlər var.Həmin şəxslərə də imzalı fotolarım poçt vasitəsilə ünvanlarına göndəriləcək.
Qeyd edək ki, Bəxtiyar Hacıyev müxtəlif illərdə çəkdirdiyi şəkilləri satışa çıxarıb. Bura universitet illərindəki şəkillər, hətta ABŞ-ın keçmiş Dövlət Katibi Hillari Klintonla çəkdirdiyi foto da daxildir. B.Hacıyev həmin fotonun satışa çıxarılması ilə bağlı şəklin müəllifindən icazə aldığını da vurğulayıb.