"Artıq bu sahədə işlər başlayıb və əlbəttə, vəzifəsinin öhdəsindən gələ bilməyənlər, Prezidentin etimadını itirmiş kadlarla bağlı gördüyünüz kimi qərarlar qəbul olundu", deyə Əli Həsənov açıqlamasında bildirib.
PA rəsmisinin sözlərinə görə, bundan sonra yenidən kimsə prezidentin etimadını doğrultmayacaqsa, belə qərarların qəbul edilməsi davam edəcək.
"Bu, bütövlükdə Azərbaycan məmurlarına, dövlət qulluqçularına xəbərdarlıq idi. Prezident tərəfindən onların qarşısında qoyulmuş əsas vəzifələrin yerinə yetirlmsində onlardan tələb olunan qətiyyətli tələb idi", deyə Əli Həsənov vurğulayıb.