Avqustun 12-də prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən Ceyhun Bayramov təhsil nazirinin müavini təyin olunub.
Ceyhun Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.
Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib. Təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ceyhun Bayramov Mikayıl Cabbarovun yaxın dostudur. Onlar “Çto? Qde? Koqda?” yarışmasında bir komandada mübarizə aparıblar. O, maliyyə nazirinin müavini Azər Bayramovun qardaşıdır.