Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Fəttah Heydərov sədr seçildi

Fəttah Heydərov sədr seçildi
Azərbaycan Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayı keçirilib.


Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan Ağsaqqallar Şurasının sədr müavini Fəttah Heydərov Azərbaycanda ağsaqalların cəmiyyətdə tutduğu mühüm yerdən danışıb. Qurultayda 186 nümayəndədən 179-u, o cümlədən dövlət rəsmiləri, millət vəkilləri və digər qonaqlar iştirak edib.



Sonra Prezident Administrasiyasının İctimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin Ağsaqqallar Şurasının növbədənkənar VI qurultayının iştirakçılarına müraciətini oxuyub.



Qurultayda Şuranın və qurumun Nəzarət-Təftiş Komissiyasının hesabatı dinlənilib. Bildirilib ki, Şura üzvləri ölkədə keçirilən genişmiqyaslı tədbirlərdə fəal iştirak edib. Şura öz fəaliyyətində böyüməkdə olan nəslin milli-mənəvi ruhda böyüməsi, vətənpərvərlik ruhunun aşılanması istiqamətində səylər göstərir, mütəmadi olaraq cəbhə bölgələrinə səfərlər təşklil edir. Şura vətən uğrunda həlak olan şəhidlərin xatirəsini əziz tutaraq bir sıra tədbirlər təşkil edib. Ağsaqqallar imkansız, fiziki qüsuru olan şəxslərə yardım göstərir.



Daha sonra tədbirdə çıxış edən AMEA-nın həqiqi üzvü Teymur Bünyadov, Naxçıvan Ağsaqqalar Şurasının sədri Əbülfəz Əskərov, akademik Vasif Məmmədəliyev, Gəncə Ağsaqqalar Şurasının sədri Arif Qurbanov, Qafqaz Müsəlmanlar İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və digər iştirakçılar Ağsaqqalar Şurasının fəaliyyətinin səmərəliliyi haqda danışıb, ölkədə gedən inkişaf proseslərini yüksək qiymətləndirib və Prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətə öz dəstəklərini bildiriblər.



Çıxışçılar, həmçinin Əkrəm Əylislinin "Daş yuxular" kitabını da pisləyib, onun bu əməllərinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zərbə vurduğunu qeyd ediblər.



Quraltayda Şuranın nizamnaməsinə əlavə və dəyişikliklər edilib, qrumun seçkili orqanlarına seçkilər keçirilib. Azərbaycan Milli Məclisinin deputatı Fəttah Heydərov Şuranın sədri seçilib.


Teqlər:
Bu xəbər cəmi 1300 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR