Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Jurnalistlərin onlar üçün tikilən binaya köçməsi təxirə düşdü

Jurnalistlərin onlar üçün tikilən binaya köçməsi təxirə düşdü


Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binadakı mənzillərin sənədləşmə prosesi başa çatmadığından burada ev alan media təmsilçilərinin yeni evlərinə köçməsi hələlik mümkün olmayıb. Belə bir vaxtda Modern.az saytının məlumatına görə, KİV işçiləri üçün tikilmiş çoxmərtəbəli binada ev almış jurnalistlər avqust ayının sonuna qədər yeni mənzillərinə köçəcəklər. Saytın yazdığına görə, bu barədə məlumatı binaya müvəqqəti nəzarəti həyata keçirən rəhbər verib. Onun sözlərinə görə, artıq binanın yeni komendantı təyin olunub: "Avqustun 20-dən sonra jurnalistlərə binaya köçmək üçün icazə veriləcək. Mənzillərin sənədləri isə sonradan onlara təqdim olunacaq”.



Məsələ ilə bağlı  Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli ilə əlaqə saxladıq. Mövqe.az saytına açıqlamasında Vüqar Səfərli qeyd olunan məlumatın tamamilə yanlış olduğunu, qətiyyən reallığı əks etdirmədiyini bildirdi: «Çox təəssüf edirəm ki, adını qeyd etdiyiniz sayt dəqiqləşdirmə aparmadan belə bir məlumat yayıb. Ümumiyyətlə, həmin sayt KİVDF barədə tez-tez əsası olmayan, yanlış xarakterli məlumatlar yayır. O ki qaldı Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binadakı mənzillərdə ev almış jurnalistlərin buraya nə zaman köçəcəyinə, hazırda sənədləşdirmə işləri aparılır. Binanı inşa edən şirkət onu Dövlət Qəbul Komissiyasına təqdim etməli və bina Dövlət Qəbul Komissiyası tərəfindən qəbul olunmalıdır. Daha sonra bina bütövlükdə bizə təhvil veriləcək və bunun ardınca hər bir mənzil tərtib olunmuş aktla sahiblərinə təqdim olunacaq. Hazırda qeyd etdiyim istiqamədə müvafiq işlər həyata keçrilir və bu bu, vaxt aparan prosedurdur. Bütün bu işlərin nə zaman başa çatacağına dair isə tam dəqiq vaxt söyləmək mümkün deyil. Bu mənada bir daha təkrar edirəm ki, avqustun 20-dən sonra jurnalistlərə onlar üçün inşa edilmiş binaya köçmək üçün icazə veriləcəyinə dair məlumatlar həqiqəti əks etdirmir».



Qeyd edək ki, Nazirlər Kabinetinin 146 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Tikinti işlərinin təşkili, aparılması və tikintisi başa çatmış obyektlərin istismara qəbulu” qaydalarının və Bakı şəhər İcra Hakimiyyəti başçısının 31.05.2004-cü il tarixli, 116 saylı sərəncamının tələblərinə əsasən, binalarda yerləşən sahələrin mülkiyyət hüququ əsasında qeydiyyata alınması yalnız həmin binaların Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbulundan sonra mümkün ola bilər.


Teqlər:
Bu xəbər cəmi 1335 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR