Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Sabah 35 dərəcə isti olacaq

Sabah 35 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, günün birinci yarısında havanın qısa müddət ərzində tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.



Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək. 



Azərbaycanın rayonlarında 



Avqustun 14-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək. 



Havanın temperaturunun gecə 19-24, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.



Gözlənilən hava şəraitinin qısa şərhi və tibbi meteoroloji şərhi



Həftənin ikinci yarısında ölkə ərazisində temperatur rejiminin yüksələcəyi, maksimal temperaturun aran rayonlarında 35-38 dərəcə isti, bəzi yerlərdə 40 dərəcəyədək isti təşkil edəcək. Bakıda və Abşeron yarımadasında isə 35-38 dərəcə isti olacağı gözlənilir. Gözlənilən anomal isti hava şəraiti ilə əlaqədar gündüz saatlarında günün altında qalmaq məsləhət deyil. 



Aqrometeoroloji şərh



Avqustun 15-dək respublikanın ərazisində isti, aran rayonlarda isə çox isti və yağıntısız hava şəraiti gözlənilir. Belə temperatur rejimi aran rayonlarda pambıq bitkilərinin inkişafı, xüsusilə onlarda qozaların formalaşması, süfrə üzüm növlərinin yetişməsi və digər növlərdə şəkərliliyin artması, çoxillik otların boy atması üçün əlverişli olacaq. Bilavasitə Naxçıvan Muxtar Respublikası, Mərkəzi-Aran və Lənkəran – Astara bölgəsinin aran rayonlarında gündüz vaxtı havanın temperaturunun artması sadalanan rayonlarda əlavə və dolğun suvarmaların aparılmasına ehtiyac yaradacaq. Gözlənilən əsasən yağıntısız hava şəraiti bağlarda meyvələrin və üzümün bağlarında süfrə üzümünün, bostanlarda tərəvəzin yığımı, çoxillik otların biçini və becərmə işlərin aparılması üçün əlverişli olacaq. Yalnız Böyük və Kiçik Qafqazın bəzi dağlıq və dağətəyi rayonlarında arabir qısamüddətli yağış yağacağı gözlənilir. 


Teqlər:
Bu xəbər cəmi 1560 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR