Azərbaycanda bu ilin 7 ayı ərzində 1000-ə yaxın şəxs qidadan zəhərlənib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemologiya Mərkəzindən verilən məlumata görə, car ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 818 ev şəraitində qida zəhərlənməsi qeydə alınıb. Nəticədə 921 nəfər zərər çəkib.
Qeyd olunan aylar üzrə bu cür faktlara daha çox iyul ayında rast gəlinib. Belə ki ötən ay 229 qida zəhərlənməsi hadisəsi baş verib ki, bunun da nəticəsində 241 nəfər zərər çəkib.
GEM-dən verilən məlumatda o da vurğulanır ki, yanvarda 108 (130 zərərçəkmiş), fevralda 67 (73 zərərçəkmiş), martda 89 (94 zərərçəkmiş), apreldə 89 (108 zərərçəkmiş), mayda 105 (124 zərərçəkmiş), iyunda 131 (151 zərərçəkmiş) qida zəhərlənməsi faktı baş verib.
Yanvar-iyun ayları ərzində 14 botulizm (18 zərərçəkmiş) hadisəsi baş versə də, ötən ay bu fakt qeydə alınmayıb.