Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müəllimlərin işə qəbul imtahanlarının nəticələri açıqlandı

Müəllimlərin işə qəbul imtahanlarının nəticələri açıqlandı
2013-2014-cü tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə vakant yerlərə müəllimlərin işə qəbulu üzrə imtahanlar artıq başa çatıb. Bu barədə Press24.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, bu tədris ilində müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müəyyənləşdirilib. Vakant yerlərə elektron ərizə verənlərin sayı 18782 nəfər olub. İyulun 25-dən avqustun 7-dək keçirilən imtahanlarda ümumilikdə 15030 nəfər iştirak edib. İmtahanların nəticəsinə görə 1543 nəfər Azərbaycan bölməsi, 54 nəfər isə rus bölməsi üzrə olmaqla, ümumilikdə 1597 nəfər müsahibə mərhələsinə buraxılıb. Test imtahanlarını uğurla başa vuran namizədlər 12-16 avqust 2013-cü il tarixlərində təşkil olunan müsahibədə iştirak edə bilərlər. Bu barədə onların hər birinin şəxsi səhifəsinə məlumat göndərilib. Müsahibənin proqramı isə Təhsil Nazirliyinin rəsmi internet saytında “Müəllimlərin işə qəbulu” səhifəsində yerləşdirilib. Müsahibə mərhələsi başa çatdıqdan sonra boş qalan vakant yerlərə keçid balı toplanmış, lakin işə qəbul olunmamıış şəxslərə 19-21 avqust tarixlərində əlavə yerləşdirmədə iştirak etmək imkanı veriləcəkdir. Namizədlər şəxsi səhifələrinə daxil olmaqla boş qalan yerlər haqqında məlumatla tanış ola biləcəklər. Hər bir namizədin uyğun ixtisas üzrə ən çoxu 4 vakant yer seçməsi mümkündür.

Teqlər:
Bu xəbər cəmi 2255 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR