Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, mədəniyyət, humanitar və digər sahələrdə uğurla inkişafından dərin məmnunluq ifadə olundu. Əlaqələrimizin bundan sonra da genişlənməsi üçün yaxşı imkanların olduğu qeyd edildi və əməkdaşlığımızın möhkəmlənəcəyinə əminlik bildirildi.
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti vurğulandı.
Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.