Namizədlərə ödənişli yer ayırmaq istəyən digər media orqanları bu barədə sentyabrın 2-nə kimi MSK-nı xəbərdar etməlidir
Qeydə alınmış prezidentliyə namizədlərə 1 televiziya və 4 qəzetdə ödənişsiz təşviqat üçün yer ayrılacaq.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyevin AzadlıqRadiosuna verilən məlumata görə, bu siyahıya İctimai Televiziya və Radio Yayımları Şirkəti, «Azərbaycan», «Xalq», «Respublika» və «Bakinski raboçi» qəzetləri daxildir.
Onun dediyinə görə, namizədlərə ödənişli yer ayırmaq istəyən digər media orqanları bu barədə sentyabrın 2-nə kimi MSK-nı xəbərdar etməlidirlər.